SON DƏQİQƏ

“Hər şeydən biraz” Bestfm.az-FOTOLAR+VİDEO

Tarix:5-05-2026, 11:14

24 aprel 2026-cı il tarixində saat 13:00-da Bestfm.az radiosunun canlı efirində Aqil Məmmədov və Yeganə Telmanqızının təqdimatında yayımlanan “Hər şeydən biraz” verlişinin bu dəfə ki, qonaqları məşhur bloger Nemət Əlizadə, qiraətçi, şair Üzeyir Tahiroğlu video bloger Anar Orucov oldular.

Aqil Məmmədov və Yeganə Telmanqızının təqdimatında Bestfm.az radiosunun canlı efirində səslənən “Hər şeydən bir az” verilişinin bu dəfəki buraxılışı xüsusi rəngarəngliyi ilə yadda qaldı. Efirin qonaqları məşhur bloger Nemət Əlizadə və qiraətçi, “Qızıl qələm” və “Qızıl səs” media mükafatçısı, “Şəhidin var Azərbaycan”, “Çarəsiz eşq” kitablarının müəllifi Üzeyir Tahiroğlu oldular.
Onların bir-birindən maraqlı şeir deyişmələri, səmimi söhbətləri və düşündürücü müzakirələri efirə xüsusi bir ab-hava qatdı. Fərqli anlarla zəngin olan bu görüş tamaşaçılara həm zövq, həm də dərin duyğular yaşatdı, verilişə isə daha çox canlılıq və dinamika gətirdi.


 

Musiqi fasiləsində isə bir-birindən gözəl mahnılar verilişin rəngarəngliyini daha da artırdı. Qonaqlara ünvanlanan səmimi və maraqlı sualları cavablandırıldı. İzləyicilərin  mesajlar və xoş sözlər səsləndirildi.                                              

Verilişin sonuna qatılan tanınmış video bloger Anar Orucov öz məzəli söhbətləri və zarafatları ilə efirə xüsusi rəng qataraq xoş əhval bəxş etdi.
Bestfm.az radiosunun verlişlərini hər gün www.tiktok.com/@aqil.radio səhifəsindən canlı yayımı izləyə bilərsiz. 
 
Qaynar xətt: +994 60 237 00 00  (wotsap)



 

 
Yeganə Telmanqızı 
 XeberTıme.az 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ