10 may-Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə respublikamızda silsilə tədbirlər keçirilir, kitablar nəşr olunur, sənədli və bədii filmlər hazırlanır.Bu gün Respublika televiziyası tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Bir Heydər dühası” adlı qısametrajlı sənədli film təqdim olunub. Filmdə Ümummilli Liderin gənclik illəri, Azərbaycandakı ilk hakimiyyət dövrü, sənət adamları və ictimaiyyət nümayəndələri ilə görüşləri, ölkənin inkişafı naminə atdığı mühüm addımlar və siyasi kursu haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, filmin müəllif hüquqları Respublika TV-yə məxsusdur və ekran işi məhz Respublika TV-nin istehsalıdır.
Allah Ümimmili Lider Heydər Əliyevə rəhmət eləsin! 

XeberTıme.az "Bir Heydər dühası" adlı qısametrajlı sənədli filmin video çarxın sizə təqdim edir:
XeberTıme.az