ZEYNALOV RASİM YANVAR OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ. (Qardaşı Elbarisin dili ilə)
Düşmənlər bağlayırdı,
Bərələri,bəndləri,
Hər dün yandırırdılar,
Sərhəddəki kəndləri.
*****
Vətən nalə çəkəndə,
Oğullar dözməz aha.
Rasim dözə bilməyib,
Tez sarıldı silaha.
*****
Hamının yaddaşında,
Qalmısan nağıl kimi.
Döyüşdün qəhrəman tək,
Döyüşdün oğul kimi.
*****
Halal zəhmətiylə,
Böyütmüşdü atamız,
Sən şəhid olan gündən,
Qocalmışdı atamız.
*****
Atam dərdə dözmədi,
Bizə tutdu üzünü.
Son sözü "Rasim"oldu,
Tamamladı sözünü.
*****
Ruhun şad olsun qardaş
Gəldi gözəl çağımız.
Düşmən qana boyanıb,
Azaddı torpağımız!
2005-ci il
Elburus Qayalı
Şair, 11 kitab müəllfi, AYB-nin üzvü, prezifent təqaütçüsü.