SON DƏQİQƏ

Gənc aktyor Fərid Talıbov özəl gününüz mübarək!

Tarix:26-05-2026, 00:21

Bu gün əzizimiz, istedadlı gənc aktyor və şoumen Fərid Talıbovun doğum günüdür.
Bu gün əzizimiz, istedadlı gənc aktyor və şoumen Fərid Talıbovun doğum günüdür.
Dəyərli Fərid bəy, sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirik. Ulu Yaradandan sizə möhkəm can sağlığı, sonsuz xoşbəxtlik, uzun ömür və yaradıcılıq yolunuzda yeni-yeni uğurlar arzulayırıq.
Sənət yolunda daim zirvələr fəth edəsiniz, sevənlərinizin qəlbində hər zaman öz xüsusi yerinizi qoruyasınız. Yeni yaşınız sizə sevinc dolu günlər, gözəl layihələr və unudulmaz uğurlar gətirsin.
 
Xatırladaq ki, Fərid Talıbov “Ata ocağı”, “Yad gəlin”, “Nazlı taksi”, “Eks təsirlər” seriallarında rol almışdır, ən çoxda müstəntiq rolu ilə məşhurlaşmışdır. F.Talıbov həm də teleməkanında yayımlanan bir sıra verlişlərin ekspertidir.  
Təbriklərə qoşulur “XeberTıme.az” İnformasiya Portalının   direktoru Yeganə Telmanqızı “Çıxış Yolu” sosial telelahiyyəsinin aparıcısı tanınmış telejurnalist Nuranə Gülər və “Çıxış Yolu” ailəsi, sənət yoldasları, aktyor, Azərbaycan Respublikasının xalq artisti, prezident təqaütçüsü Vidadi Həsənov,  Dövlət Rus Dram Teatrının aktyoru Firdovsi Atakisiyev, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru  Rəşad Səfərov, digər sənət yoldaşları, doğmaları, yaxınları. 





Fərid Talıbov 80-100 yaşınızı vərəqlədikcə bizlərlə olasız! 



Yeganə Telmanqızı                                   
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ