SON DƏQİQƏ

Əbədiyyət işığında parlayan zərrə- FOTOLAR

Tarix:26-05-2026, 15:11

Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 128 nömrəli məktəbin 1 “A” sinfinə şəhidimiz un adı verilməsi münasibətilə möhtəşəm tədbir keçirildi. Tədbir yüksək mənəvi dəyəri, qürur və duyğu dolu anları ilə yadda qaldı.
İlk olaraq şəhidimizin valideynləri — Əvəz İsmayılov və Gülbəniz İsmayılova 1 “A” sinfinin şagirdləri ilə səmimi görüş keçirdilər. Görüş zamanı onlar Aslan İsmayılovun qəhrəmanlığından, Vətən sevgisindən danışaraq uşaqlara xalqına və dövlətinə layiqli vətəndaş kimi böyüməyi tövsiyə etdilər. Şagirdlər bu görüşü böyük maraq və diqqətlə dinlədilər.
Daha sonra tədbir məktəbin akt zalında davam etdirildi. Məktəbin direktoru Sədaqət xanım tərəfindən mənim Sevda İbrahimova ( İbrahimli) müəllifi olduğum, şəhidimizə həsr edilən və yeni çapdan çıxmış “Əbədiyyət işığında parlayan zərrə” kitabı şəhidimizin valideynləri Gülbəniz ana və Əvəz İsmayılova təqdim olundu.
Tədbir boyu həm qürurverici, həm də kövrək anlar yaşandı. Şəhidimiz Aslan İsmayılov haqqında yazdığım mahnı tədbirdə səsləndirildi. Mahnı Zemine Duyğunun  ifasında tədbir iştirakçılarına təqdim olundu və böyük duyğular yaratdı.
Müəllimlər və tədbirə qatılan qonaqlar gül-çiçəklərlə qarşılandılar. Tədbirdə Avropadan
Abdullah Nurəddini və jəyat yoldaşı Mürvət Nurəddini də iştirak edirdilər.
Gələn qonaqlarla yanaşı, I Qarabağ müharibəsi iştirakçısı jurnalist Aidə Şirinova, həmçinin direktorda iştirak etdilər.
Bu mənalı tədbir şəhidlərimizin əziz xatirəsinin daim yaşadıldığını və gələcək nəsillərə böyük sevgi və ehtiramla aşılandığını bir daha nümayiş etdirdi.



Müəllif Sevda İBRAHİMLİ

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ