Sən doğulan gün.
(Antiterror əməliyyatlarının iştirakçısı, kəşfiyyatçı-baş gizir Şərafəddin Xankişiyev baş gizir Şərafəddin Xankişiyevin doğum gününə)
Müqəddəs sayılır sən doğulan gün,
O gün göy üzündə Günəş doğulub.
Odlar diyarına - Azərbaycana
Cənnətin nurundan atəş doğulub.
Vətənə məhəbbət, hörmət, ehtiram,
Kimlərdə var isə, onlara salam!
24 Mayı edirəm bayram
24 Mayda Xanış doğulub.
Adı Şərafəddin, ləqəbi Xanış,
Yağı düşmənlərə çox gələr tanış,
Hidayət, həvəslə söhbət aç, danış
Şərafəddin, qəlbi geniş doğulub,
Cənnətin nurundan atəş doğulub.
Hidayət Ölməz.
24.05.2026