SON DƏQİQƏ

Üzeyir Tahiroğlunun şeirləri - "Vaxtında verin siz mənə dəyəri"...

Tarix:26-05-2026, 21:38

XeberTıme.az  gənc şair, qiraətçi Üzeyir Tahiroğlunun şeirlərini sizə  təqdim edir. 

DƏNİZ
Gəlmişəm dərdimi sənə danışam,
Qulaq ver dərdimə,sərimə,dəniz!
Buraxma qəlbimdə sağalmaz bir iz,
Dərdimə həmdəm ol,nə olar dəniz!

Danışım mən sənə olub-keçəni,
Əskilmir başımın dumanı,çəni.
Nə olar qulaq as,dinlə sən məni,
Dərdimə həmdəm ol,nə olar dəniz!

O gözəl səsinlə ruhumu dinlət,
Qoy edim səninlə mən burda söhbət.
Bəslə hər sözümə sən mənim rəğbət,
Dərdimə həmdəm ol,nə olar dəniz!

Coşub daşmaq istəyirəm sənin tək,
Ürəyim doludu,beynim doludu.
O qədər yorğunam,o qədər bitgin,
Dərdimə həmdəm ol,nə olar dəniz!


DUA

Qaldır əllərini,qaldır göylərə,
Şükürlər eylə sən gözəl rəbbinə.
O uca Allahın sığın rəhminə,
Hər dərdə şəfadı,əlacdı dua.

Nə qədər çox etsən Allaha dua,
Düşməz heçbir arzun,diləyin suya.
Rəbbim qıymaz bilki naləyə,aha,
Hər dərdə şəfadı,əlacdı dua.

Allahım,qəbul et hər duamızı,
Bağışla nə olar,günahımızı.
Firavan eylə sən,bu dünyamızı,
Hər dərdə şəfadı,əlacdı dua.

Rəbbim,sən qoru,nəzərdən,kəm gözdən,
Əlini çəkmə sən üzərimizdən.
Nurunu əskiltmə heçzaman üzdən,
Hər dərdə şəfadı,əlacdı dua.


AY PARÇASI 

Bu sevgimin sənsən dərin dəryası,
Yuxularımın ən gözəl röyası.
Ürəyimin tən ortası,parası,
Sən gözümün nurusan ay parçası.

Səninlə gözəldi inanki həyat,
Sən olmasan ürək eləyir fəryad.
Sən mənə doğmasan,deyilsən bil yad,
Gözlərimin nurusan ay parçası.

Yanımda ol itmə sən heç gözümdən,
Çıxmagınan heçvaxt mənim sözümdən.
Gəl bir öpüm sənin gözəl gözündən,
Gözlərimin nurusan ay parçası.

Sənin yerin başqadı ürəyimdə,
Sənsən mənim arzum da,diləyim də.
Allah olsun hər zaman köməyində,
Gözlərimin nurusan ay parçası.


ÇARƏSİZ GÖRDÜM

Bir körpə balanı gördüm fikirli,
Gözləri yaşlıydı,ürəyi qəmli.
Qəlbində nələri xəyal edirdi,
Elə bil çox idi kədəri,dərdi.

Zərrəcə bir gülüş yoxdu üzündə,
Qəm-qüssə görünür onun gözündə.
Yaralar çox idi heyif dizində,
Bir körpə balanı,çarəsiz gördüm.

Bir lampa işığı,qaranlıq otaq,
Tənhalıq bürüyüb hərbir yanını.
Həyat da qaraldıb onun qanını,
Bir körpə balanı,çarəsiz gördüm

İlahi sən qoru gül balaları,
Hərbir arzuları qoy hasil olsun.
O gözəl gözləri sevincdən dolsun,
Bir körpə balanı,çarəsiz gördüm.

Zaman məlhəm olmur yaralarına,
Ağrısı,acısı keçmir canından.
Atasız,anasız tənha qalıbdı,
Bir körpə balanı,çarəsiz gördüm.


CANIM AY ANAM 

Gəl başımı qoyum dizlərin üstə,
Nə desən hər zaman gözlərim üstə.
Gülləri mən verim dəstə bə,dəstə,
Mən sənə qurbanam,canım ay anam!

Zərrəcə narahat olaramsa mən,
Bürüyər gözünü qəhər,həm də nəm.
Ürəyinə dolar kədər,qüssə,qəm,
Mən sənə qurbanam,canım ay anam!

Varlığın xoşbəxtlik bəxş edir mənə,
Borcluyam bir ömür hər zaman sənə.
Bilirəm uşağam gözündə yenə,
Mən sənə qurbanam,canım ay anam!

Gözümün nurusan,başımın tacı,
Arzumdu görmə sən heçzaman acı.
Səndədir dərdimin hər bir əlacı,
Mən sənə qurbanam,canım ay anam!


TÜKƏNİB ÖMRÜM

Sağlığımda mənə qiymət verməyən,
Mən öləndə heç gəlməsin qəbrimə.
Sevincimə hər an şərik olanlar,
Bircə dəfə şərik olsun dərdimə.

Ağır keçir,keçən günüm,zamanım,
Daha da pisləşir,mənim bu halım.
Ey dünya nə olar gəl olma zalım,
Mən artıq dözmürəm,tükənib ömrüm.

Ağrılarım,acılarım dinməyir,
Bircə dəfə yazıq üzüm gülməyir.
Ürəyim də dayanmadan titrəyir,
Mən artıq dözmürəm,tükənib ömrüm.

Çarəsiz,əlacsız bir haldayam mən,
Özüm də bilmirəm heç hardayam mən.
Qəlbimə dolubdu saysız kədər,qəm,
Mən artıq dözmürəm,tükənib ömrüm.

Allahım,!sənədir arzum,diləyim,
Məni bu bəladan sən xilas eylə.
Yoxsa həyatımın sonu olacaq,
Mən artıq dözmürəm,tükənib ömrüm.


GÜVƏNMƏ DOSTUM 

Görmüşəm mən bu dünyanın hər üzün,
Bir səhv silir insanların min düzün.
Özünə qalırsan bir təki özün,
Güvənmə heçkimə,güvənmə dostum!

Güvəndiyin,güvənini çox qırır,
Ürəyinə kədər salır,qəm salır.
Bu həyat da hərdən səni çox yorur,
Güvənmə heçkimə,güvənmə dostum!

Etməz dediklərin,gör nələr edir,
Bilinmir nə qiymət,nədə ki,qədir.
Hərkəs bir-birindən mənfəət güdür,
Güvənmə heçkimə,güvənmə dostum!

Dəyişib gör necə indi zəmanə,
Etibar qalmayıb daha heçkimə,
Çox vədlər versələr,inanma yenə,
Güvənmə heçkimə,güvənmə dostum!


VAXTINDA VERİN SİZ MƏNƏ DƏYƏRİ

Verirsizsə indi verin dəyəri,
Mən öləndə lazım deyil,verməyin.
Gülürsüzsə indi gülün üzümə,
Mən öləndə ağlamayın,dinməyin.

İncitməyin məni,üzməyin məni,
Saçıma erkəndən düzməyin dəni.
Qəlbimə verməyin nə olar qəmi,
Vaxtında verin siz mənə dəyəri.

Hər günüm fikirdi,hər günüm dərddi,
Sinəmdə döyünən bir canlı qəlbdi.
Niyə axı hər kəs mənə çox sərtdi?
Vaxtında verin siz mənə dəyəri.

Bir gün olmayanda üzüləcəksiz
Qədrimi bax onda siz biləcəksiz.
Nə sevinəcəksiz,nə güləcəksiz,
Vaxtında verin siz mənə dəyəri.

Həsrətlə baxasız şəkillərimə,
Qələmə aldığım şeirlərimə. 
Çox həsrət qalassız kəlmələrimə,
Vaxtında verin siz mənə dəyəri

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ