SON DƏQİQƏ

Təranə Cəbiyevanın kitab təqdimatı keçirildi-FOTO

Tarix:Dünən, 23:50

İsmayıllıda Möhtəşəm Tədbir: Təranə Cəbiyevanın 60 İllik Yubileyi və "Babadağa Baxan Əllər 2" kitabının təqdimatı keçirildi.
İsmayıllı rayonunda mədəniyyət və poeziya bayramı, eyni zamanda milli-mənəvi dəyərlərimizin, şəhidlərimizin əbədi xatirəsinin anıldığı möhtəşəm bir tədbir baş tutub.
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Rayon Heydər Əliyev Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış şairə Təranə Cəbiyevanın 60 illik yubileyi və oxucuların böyük maraqla gözlədiyi "Babadağa Baxan Əllər 2" kitabının təqdimat mərasimi keçirilib.
Tanınmış müğənni və sənətkar Məhəbbət Etibarlının bədii rəhbərliyi və aparıcılığı ilə idarə olunan tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, o cümlədən şair Baba Vəziroğlu və Aşıq Elman iştirak edərək öz ürək sözlərini bölüşüblər. Tədbirin ən ali və qürurverici qonaqları isə canlarını vətən uğrunda fəda etmiş qəhrəman Şəhidlərimizin ailələri olub.
Tədbirdə rəsmi qonaq qismində iştirak edən Millət vəkili Novruz Aslan da çıxış edərək yubilyarı təbrik edib, şairənin yaradıcılığının regional mədəniyyətin inkişafındakı rolunu və kitabın əhəmiyyətini yüksək qiymətləndirib.
Fəxri Fərmanlar və hədiyyələr təqdim olundu. Tədbirdə çıxış edən qonaqlar şairə-publisist Təranə xanıma öz xoş arzularını çatdıraraq fəxri fərman və dəyərli hədiyyələrini təqdim ediblər. Əlamətdar yubiley münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tərəfindən Təranə xanım fəxri fərmanla təltif edilib. Bu xüsusi mükafatı və İcra Hakimiyyətinin hədiyyəsini yubilyara qurumun nümayəndəsi Nəsimi müəllim təqdim edib.
Eyni zamanda, İsmayıllı rayon Mədəniyyət Mərkəzinin rəhbəri Teymur Əziz də tədbirdə çıxış edərək yubilyarla bağlı öz xoş xatirələrini bölüşüb və ona yaradıcılıq yolunda yeni müvəffəqiyyətlər arzulayıb.
Şəhid anasının duyğusal çıxışı tədbirin ən təsirli və duyğusal anlarından biri Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) qəhrəman əsgəri, şəhid Aqil Mirzəliyevin anası Aynurə ananın çıxışı olub. Aynurə ana tədbir haqqında ürək sözlərini bölüşərək, bu cür poeziya gecələrində və kitablarda vətənpərvərlik ruhunun, şəhidlərimizin müqəddəs xatirəsinin uca tutulmasının şəhid ailələri üçün böyük mənəvi təsəlli və qürur olduğunu vurğulayıb. Eyni zamanda digər qonaqlar da çıxış edərək tədbir və yeni nəşr olunan kitab haqqında öz xoş təəssüratlarını dilə gətiriblər.

Tədbirimizin ən yaddaqalan və qəlblərə toxunan məqamlarından biri də tanınmış sənətkarımız Sahibə Abdullayevanın çıxışı oldu. O, öz bənzərsiz və gözəl ifası ilə kitab təqdimatına xüsusi bir rəng qatdı, məclisin bədii ruhunu daha da ucaltdı. Sahibə xanımın səsləndirdiyi hər bir not, Təranə Cəbiyevanın qələmə aldığı sətirlərin sanki musiqidəki əksi idi. Bu gözəl və könüloxşayan ifa tədbirimizi unudulmaz bir sənət bayramına çevirdi. Sözün və musiqinin bu möhtəşəm harmoniyası bütün qonaqların ruhunu oxşadı."

Əziz Əzizovun çıxışı böyük maraqla qarşılandı. Tədbirin xüsusi qonaqları arasında Beynəlxalq dərəcəli vəkil, BMT layihələrinin Sumqayıt şöbəsinin rəhbəri, 27 illik vəkillik fəaliyyəti olan Mehdi Cəlalzadənin Şəhid ailələri və veteranlar üzrə koordinatoru və köməkçisi, eyni zamanda Vətən Müharibəsi Qəhrəmanı, kəşfiyyatçı-snayperçi gizir, şəhid Elmar Nəsibovun adının əbədiləşdirilməsi üçün yaradılan "Sumqayıt Xəzər FK"-nın mətbuat katibi, şəhid və veteran nəvəsi olan Əziz Əzizov da iştirak edib və ona da söz verilib.
Tədbirdə çıxış edən Əziz Əzizov həm poeziya gecəsinin əhəmiyyətdən, həm də vətənpərvərlik mövzusunun ədəbiyyatımızdakı yerindən bəhs edib:
"Bu gün burada həm dəyərli Təranə xanımın 60 illik yubileyini və yeni kitabının işıq üzü görməsini qeyd edir, həm də sözün, sənətin gücü ilə şəhidlərimizin ruhunu uca tuturuq. Biz bu gün azad və bütöv Azərbaycanda belə gözəl mədəniyyət hadisələrinə toplaşa biliriksə, buna görə canını vətənə sipər edən qəhrəman şəhidlərimizə borcluyuq. Şəhidlərimizin adını yaşatmaq, onların ailələrinə dayaq olmaq hər birimizin mənəvi borcudur. Təranə xanımı ürəkdən təbrik edir, ona yaradıcılıq uğurları arzulayıram."




XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ