Dərin hüznlə bildiririk ki, Mustafayeva Nailə Sahir qızı 22 iyun 2026-cı il tarixində vəfat etmişdir.
Nailə Mustafayevanın vaxtsız vəfatı ilə əlaqədar mərhumun bacıları Təranə xanıma və Lalə xanıma, eləcə də Mustafayevlər və Əfəndiyevlər ailələrinin bütün üzvlərinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan mərhuməyə rəhmət, ailəsinə və əzizlərinə səbir diləyirik.
Qeyd edək ki, Nailə Mustafayeva uzun illər BMT-nin müxtəlif qurumlarında və bir sıra beynəlxalq təşkilatlarda məsul vəzifələrdə çalışaraq peşəkar fəaliyyəti ilə yadda qalmışdır. Onun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
XeberTıme.az