" Sağlığında qiymət verin sənətkara ". Görkəmli sənətkarımız, sevimli aktyorumuz , Azərbaycanın xalq artisti professor, şair, rəssam,
" Həkəri" qəzetinin fəxri heyətinin üzvü,
" Şöhrət" ordenli Ramiz Əzizbəyli bildiyiniz kimi üç ildir ki, yataq xəstəsidir, sol ayaq barmaqları ampulatasiya olunduğu üçün muvəqqəti olaraq yeriyə bilmir. Şəkərli-diabet və insult keçirməyi onun səhhətinə pis təsir etsə də, bir gün də olsun yaradıcılığından qalmır, gah bir əsər üzərində işləyir, gah da hansısa sənət dostu haqqında xatirələrini yazır və növbəti kitablarını cap etdirməyə çalışır. Aldığı təqaüdü isə dava dərmanına və bir çətən külfətini dolandırmağa və normal yaşamalarına guclə çatır.
Hər dəfə onlara baş çəkərkən bir topa saralmış qovluqları mənə verərək deyir; Əlyazmalarımı Sevda Əlizadə zəhmət olmasa yazsın, sonra oxuyub korrekdə, redaktə edib, mənə gətirərsən- deyir. Çay süfrəsi ətrafında nərd oynayaraq sevimli sənətkarımızı darıxmağa qoymuruq.
Ramiz Əzizbəylinin ömür-gün yoldaşı Zumrud xanım ali təhsilli olsa da, evdar qadındır, Ramiz Əzizbəylinin sagalmasi ucün gecə - günduz pərvanə kimi vəfalı həyat yoldaşının başına dolanır, nəvaziş göstərir, cox vaxt da öz ağrılarını unudaraq kiməsə hiss etdirmir. Böyük qızı Xədicə Əzizbəyli ali təhsilli olsa da, atasının müalicəsi ilə məşğuldur.
Ramiz müəllimin son beşik qızı Cəlalə Əzizbəyli isə atasının yolunu davam etdirərək C.Cabbarlı adına Azərbaycan Film kinostudiyasında kadrlar üzrə mütəxəssisdir. Onu da qeyd edim ki, uzun illər Azərbaycanfilm kinostudiyasında yüzlərlə Mozalan satirik filmlərində çəkilmiş və sonradan kinorejissor olaraq böyük uğurlara imza atan Ramiz Əzizbəyli Ziyafət Əsgərovanın ,Sevil Qasımovanın və digər dostlarının adını iftixarla yada salir.
Əzizbəylilər ailəsi nəvələri Məryəm, Sənan və Məmmədəli ilə birlikdə darısqal mənzildə yaşasalar da ,evlərini həmişə qonaqlı-qaralı görmüşəm. Əlbəttə ki Ramiz Əzizbəylinin aldığı Prezident təqaüdu onun dava dərmanlarına və bir çətən kulfətini dolandirmaga guclə çatır.
Sağ olsun Mehriban xanım Əliyevaya.
Ramiz Əzizbəylinin evini təmir etdirmiş , ona avtomobil hədiyyə etmişdir .
Onu da qeyd edim ki, köhnə binada çox vaxt lift işləməyəndə ailələrdə çətinlik yaradır.
Bu incə məsələni qabartmaqla bildirirəm ki , bəlkə milyonlara sahib olan məmurlar səxavət göstərərək insafa gələrək sənətkarımiza xudmani həyət evi bağışlayalar.
Hec olmasa darısqal mənzildə sənətkarımız havasızlıqdan əziyyət çəkməsin.
Hərəkətsiz qalmaq və buna dözmək əsl cəsarət tələb edir.Baxmayaraq ki, pondemiya dovrudur, dostlari Ramiz Əzizbəylini darıxmağa qoymurlar .
Son dərəcə diqqətcil olan sənətkara təzə şeirlərimdən və onun yazdığı fəlsəfi fikirli şeir, hekayə və aforizmlərindən oxuyarkən göz yaşlarını cilovlaya bilmir.
Ramiz Əzizbəylinin bu dəfəki qonağı yaxın dostu sevimli aktyor Azərbaycanın xalq artisti Arif Quliyev, stomatoloq Şünasib həkim və" Öz Gedəbəy " Qafqaz məhdud məsuliyyətli cəmiyyətinin direktor müavini Ramin İsmayılov idi.
Sevimli aktyorumuz Arif Quliyev Ramin İsmayılovu Ramiz Əzizbəyli ilə tanış etdi.
Ramiz Əzizbəyli ilə yaxından tanış olmağından çox məmnun olan Ramin müəllim təşəkkürünü bildirdi və ona, gətirdiyi saf su qədər ömur arzuladi.
Sənətkarı yaşadan xalqın məhəbbətidir.
Ramiz Əzizbəyli Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun qələbəsindən iftixarla danışdı və bildirdi ki hər birimiz şəhidlərimizə, qazilərimizə borcluyuq.
Əl telefonları isə susmurdu. Kimisi sevimli sənətkarımızla görüşməyə can atır, kimisi də ondan musahibə almaq istəyirdi.
Köhnə dostlari Nicat Əsgərov, Azad Şükürov, Arif Quliyev, sosialist əməyi qəhrəmanı Turab Məmmədovun oğlu Ehtiram Məmmədov , millət vəkili Adil Əliyev, kameraman Mahir Huseynbəyli və digər dostlar Ramiz Əzizbəylini darıxmağa qoymurlar, sənətkara diqqət və qaygi gostərirlər.
Yerimə imkanı müvəqqəti də olsa məhdudlaşmış və xalqın məhəbbətini qazanmış görkəmli sənətkarlarımızı ziyarət etmək hansısa müqəddəs ocağı ziyarət etməyə bərabər sayılır. Mərhəmət hissi isə xalqımıza xas xususiyyətlərdəndir.
Fikrimi Cabir Novruzun məśhur sözləriylə tamamlayaraq vətənpərvər ziyalımız, Ramiz Əzizbəyliyə can sağlığı və tezliklə dörd cildlik kitablarının çap olunmasını bir redaktor olaraq arzulayiram:

