Uzun illər sərhət xidməti komandanının müavini işləmiş , hazırda təqaüddə olan polkovnik Sücəddin Abdullayev aprel ayınin 15 də zəng edərək dedi:: -Rauf, hazırlaş , gedək Ramiz Əzizbəylinin halin soruşaq, gələk.Sən bilirsən də, Ramiz müəllim bizə qohumdur. Bacım əməkdar müəllim Teyubə xanım onların lap yaxın qohumudur Pandemiyanı nəzərə alıb 15 dəqiqə söhbət edək, tez də qayıdaq.Həm də evdə təmiz kərə yağıyla Napaleon tortu hazırlayıblar.Orucunu da orda açarsan.
Kinorejissor, Azərbaycanın xalq artisti Ramiz Əzizbəyli bizim gəlişimizdən çox sevindi. Hər iki şəxsiyyət "Həkəri' qəzeti redaksiyasınin Fəxri heyətinin üzvüdür.
Sücəddin müəllim sənətkarımızın pərəstişkarı olan qonşusu Şöhrət Həsənov da özüylə gətirmişdi.Ramiz Əzizbəyli dedi ::Rauf, siyirtmədən " Şöhrət" ordenimi cıxart, qonaqlara da göstər -deyərək qürur hissi keçirdi.
Sucəddin Abdullayev bildirdi ki, cənab Prezidentimiz mədəniyyətimizin, iqtisadiyyatımızın, musiqimizin, kino sənətinin , ədəbiyyatımızın inkişafında xidmətləri olmuş ziyalılarımızı vətənin ən yüksək mükafatları ilə təltif edir. Bu günlərdə cənab Prezidentimiz Abbasəli müəllimə də "Şöhrət" ordeni vermişdir.
Siz xalqımız tərəfindən sevilən sənətkarlarımızdansınız. Ramiz Əzizbəyli ölkə rəhbəri başda olmaqla Azərbaycanın birinci xanımı, Mehriban Əliyevaya təşəkkürünü bildirdi və millət vəkilləri Adil Əliyevin, Ülvi Məmmədovun diqqət və qayğısından danışdı.
Sucədfin Abdullayev Ullvi müəllimə zəng edərək Ramiz Əzizbəyli ilə millət vəkilinin danışmağına şərait yaratdı və çox mehriban söhbət davam etdirildi.
Millət vəkili tezliklə Ramiz Əzizbəylini ziyarət edəcəyini bildirdi.
Onu da qeyd edim ki, Ülvi Quliyevin atası əslən Qubadlı rayonundan olan təəssibkeş, vətənpərvər, xeyirxah insan, professor Zahid Quliyev uzun illər Azərbaycan Dövlət Xarici Dillər Universitetinin Alman dili kafedrasının müdiri vəzifəsində ləyaqətlə işləmişdir.
Şirniyyat süfrəsi ətrafında pürrəngi çayı içərək mehriban söhbətdən çox məmnun qalan Nərimanov rayon veteran təşkilatının fəal üzvü olan Şöhrət müəllim Ramiz Əzizbəylinın rejissoru olduğu " Bəxt üzüyü" filmini sevə -sevə baxdığını deyərək bu görüşdən sonsuz dərəcədə sevindiyini və qürur hissi keçirdiyini bildirdi.
Evi hər zaman qonaqlı- qaralı olan Ramiz Əzizbəyliyə
can sağlığı arzuladiq.
Qapıdan çıxarkən Ramiz müəllim bildirdi ki, Rauf, sabah gəl, çoxlu yazılarım var . Sənə rejissor Tofiq Tağızadə haqqında məqaləmi verəcəyəm, qəzetdə , saytda çap edərsən.
Baş üstə deyib sevimli sənətkarımızla sağollaşdıq.
Rauf İlyasoğlu