SON DƏQİQƏ

Gəncliyimiz Gələcəyimizdir - FOTOLAR

Tarix:16-05-2021, 01:24

Ağdam rayon 91 saylı tam orta məktəbdə Nizami  Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş   intellektual yarış  keçirilib.
Ağdam rayon 91 saylı tam orta məktəbdə 5-ci və 6-cı sinif şagirdləri arasında məktəbin direktoru  Nemət Rüstəmli tərəfindən Nizami  Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş  intellektual yarış  təşkil olunub . 
Yarışda şagirdlər böyük həvəslə fəal şəkildə iştirak ediblər . Müsabiqə karantin rejimi qaydalarına uyğun olaraq   təşkil olunub. Sonda iştirakçılara ARİ-nin üzvləri  Elnurə və Aygün İsgəndərovaların

"Gəncliyimiz Gələcəyimizdir" adlı layihəsi əsasında Azərkitab - Kitab Təbliğatı Mərkəzinin hədiyyə etdiyi kitablar təqdim edilib .
Xatırladaq ki , layihənin məqsədi yeniyetmə və gənclərimizin kitaba, mütaliəyə marağını artırmaqdır. Layihənin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ