SON DƏQİQƏ

Unudulmaz lider, dahi şəxsiyyət -FOTO

Tarix:20-05-2021, 11:36

 Bu günlərdə  Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Unudulmaz lider, dahi  şəxsiyyət” adlı onlayn  şeir  müsabiqəsi  qaliblərinin mükafatlandırma  tədbiri  keçirildi. 
Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova çıxış edərək ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar  hər il keçirilən şeir müsabiqəsinin pandemiya ilə əlaqədar olaraq, Mərkəzin sosial şəbəkələrində onlayn səsvermə əsasında keçirildiyini bildirdi və müsabiqə qaliblərini təbrik etdi.
Qeyd edək ki, müsabiqə qalibləri Yasamal rayon Heydər Əliyev Mərkəzinin “İnstagram” səhifəsi üzərindən izləyicilər tərəfindən onlayn səs vermə nəticəsində seçilib.
I yer- Əsədli Sualp Sərxan oğlu
II yer- Xanlayeva Fatimə Namiq qızı
III yer- Şahvələdova Nigar Rüstəm qızı
“Facebook” səhifəsi üzərindən seçilən qaliblər:
I yer- Ələkbərzadə Mətanət Orxan qızı
II yer- Ələkbərzadə Ayxan Orxan oğlu 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Unudulmaz lider, dahi  şəxsiyyət” adlı onlayn  şeir  müsabiqəsi  qaliblərinə   diplom və hədiyyələr təqdim olundu.
Təqdimetmə mərasimində Muzeylər günü ilə əlaqədar Mərkəzdə keçirilən sərginin  qonaqları, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı rəsmi təmsilçisi Növber Ferit Veçhi, Təhsil və Mədəniyyət attaşesi, fotoqraf Tevfik Ulual, Həkəri qəzetinin baş redaktoru, şair - publisist  Rauf İlyasoğlu, Yazıçılar Birliyinin üzvü, tanınmış uşaq yazıçısı Gülzar İbrahimova, Azərbaycan Rəssamlar ittifaqının üzvləri Elnurə və Aygün İsgəndərovalar iştirak etdi.
Tanınmış uşaq yazıçısı Gülzar İbrahimova  müsabiqə qaliblərinə öz kitablarını hədiyyə etdi.
Müsabiqənin təşkil olunmasında iştirakına  görə Yasamal rayon Ş.Əfəndizadə adına 13 nömrəli tam orta məktəbin müəllimi Aidə Abbasova  fəxri fərmanla təltif olundu.
Sonda qalib iştirakçılar ulu öndərə həsr olunmuş  şeirlərini səsləndirdilər.

Aygün Oqtay

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ