Rəssam şəxsi təşəbbüsü ilə yaratdığı şəhid polkovnik-leytenant Vidadi Xəlilovun portretini ailəsinə, şəhidin ev muzeyinə hədiyyə edib.Əliyev Nihad Əmirəli oğlu 1986-cı ilin avqust ayının 25-də Göyçay şəhərində, ziyalı ailəsində dünyaya göz açıb. 2003-cü ildə, Göyçay şəhər 3 saylı orta məktəbi bitirib. 2003-cü ildə, Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya İqtisadiyyatında İnformasiya Texnologiyaları ixtisasına qəbul olunub və həmin ixtisas üzrə təhsil alıb. 2007-ci ildə həmin ixtisası müvəffəqiyyətlə bitirib.
Həyatını rəssamlığa bağlayan N. Əliyev rəssamlıqda daha çox portretlər kompozisiya əsasında portretlər və tarixi mövzulara aid rəsm əsərləri çəkir. 2017-ci ildə, "XXI Əsrin Ziyalıları" Xeyriyyə İctimai Birliyi tərəfindən, "Əsrin Ziyalısı-İlin rəssamı" fəxri diplomu ilə təltif olunub.
Keçirilən bir çox respublika və beynəlxalq sərgilərdə və müsabiqələrdə iştirak edib uğurlara sahib olub, diplomlarla, fəxri-fərmanlarla, sertifikatlarla və mükafatlarla təltif olunub. Həmçinin məktəblilər arasında keçirilən sərgilərdə və müsabiqələrdə münsiflər heyətinin üzvü və rəhbəri qismində iştirak edib.
"Qafqaz Media İctimai Birliyi" tərəfindən, "İlhamlı Azərbaycan" döş nişanı və "Xarı Bülbül" medalıyla təltif olunub. 2020-ci ildə "Caspian Awards 2020" Azərbaycan layihəsində "İlin Peşəkar Rəssamı" adına layiq görülüb.
2021-ci ildə, "Diamonds of Turkey Awards 2021" Azərbaycan layihəsində "Türkiyənin Brilliant Simaları" mükafatına layiq görülüb. 2021-ci ildə, Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarıyla, rəssamlıq sahəsində göstərdiyim uğurlu fəaliyyətimə görə, "İlin Adamı" media mükafatıyla təltif olunub.
Yeddi dil bilgisinə malik olan həmyerliyimiz Azərbaycan, Rus, Türk, İngilis, Fransız, Alman və İsveç dillərini bilir.
N. Əliyevı 2021-ci ildə, Ümumdünya Sülh Missiyası və İnsan Hüquqları Akademiyası tərəfindən mənim yaradıcılığı dəyərəndirilərək akademiya tərəfindən sertifikat göndərilib. Həmçinin Ümumdünya Sülh və İnsan Hüquqları üzrə ədəbi forumda iştirak etdiyi üçün “Sülh Elçisi” sertifikatı göndərilib.
Bu günlərdə N. Əliyev tərəfindən kompozisiya əsasında Qubadlı fatehi, polkovnik-leytenant Vidadi Xəlilovun portreti rəsm əsərini çəkmişdir. Əsərdə Qubadlı rayonunun adı yazılmış, quraşdırılmış lövhədə iki azyaşlı uşaqların siluetləri, V. Xəlilovun övladlarının mənasını verir, yəni rəsm əsərində Vidadi Xəlilovun oğlu və qızı təsvir olunmuşdur. Rəsm əsərində göründüyü kimi, azyaşlı qızın əlində Azərbaycanın bayrağı, oğlan uşağının əlində isə Türkiyənin bayrağıdır. İki azyaşlı uşaqların siluetləri qaçan vəziyyətə təsvir edilib, bunun mənası Qubadlının işğaldan azad olunmasıyla əlaqədar qələbəylə qayıdışdır.
“XeberTıme.az”