Həsən Hüseyni 50 yaşı münasibəti ilə Fəxri Diplomla təltif olundu.
Xətai Sənət Mərkəzində “Qafqaz-Media” İctimai Birliyinin sədri və Qafqazmedia.az saytının rəhbəri, şair, publisist, həkim-jurnalist, prezident təqaüdçüsü Azadə Talehin Silahlı Qüvvələr Gününə həsr etdiyi tədbirində “XeberTıme.az” informasiya portalı tanınmış publisist, tədqiqatçı, vətənpərvər şair-publisist, ilahiyyatçı, Qarabağ qazisi Hacı Həsən Hüseynini 50 yaşı münasibəti ilə Fəxri Diplomla təltif etdi.
Əsrin yarısını yaşamış yazıçı-publisist, müqəddəs kitabımız olan Quranın hər sətirini əzbər bilərək oxucuya təfsilatı ilə çatdıra bilən zəkalı ilahiyyətçi Həsən Xalıqverdi oğlu Hüseyni 1970-ci ildə aprel ayının 25-də Zəngilan rayonunun Sobu kəndində dünyaya gəlmişdir. Sobu kənd məktəbində səkkizillik məktəbi bitirir və orta təhsilini Bakıda davam etdirir. Tam orta təhsilini bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Pedoqoji İnstitutuna təqdim edir, lakin müsabiqədən keçə bilmir və həqiqi hərbi xidmətə yola düşür 2 il xidmət edir. Xidmətini birtirib qayıtdıqdan sonra Bakı Poladəritmə zavadonda ilk əmək fəaliyyətinə başlayır. Qarabağ müharibəsi başlanan zaman “Vətən dardadır” deyib könüllü cəbəhəyə yola düşür. Qubadlı, Zəngilan istiqamətində gedən ağır döyüşlərdə şücaətliklə vuruşur. 1993-ci ilin aprelin 17-də ağır döyüşlərin birində güllə yarası alır. Uzun müddət Bakı şəhərində müalicə aldıqdan sonra Əlillərin Bərpa Mərkəzinə köçürülür. I qrup Qarabağ əlili 6 il yataq xəstəsi olub. Bu müddət ərzində Qurana bağlanıb, Ərəb dilini mənimsəyib. Həsən Hüseyni Allaha sığınıb, Ulu yaradının qüdrətinə, kəramətinə inanaraq öz iradəsi, nəticəsində ayağa qalxıb. Yataq xəstəsi olduğu illərdə dini kitabları gecə -gündüz oxuyur, klassiklərimizi də mənimsəyir eyni zamanda yazıb, yaradıb.
Həsən Hüseyninin Allaha inanmağı ona parlaq gələcəyinin olmasına yardımçı oldu. Beləki o, 2003-ci ildə Bakı İslam Universtetinin İslamşünaslıq fakültəsinə daxil oldu. 2006-ci ildə müqəddəs Həcc ziyarətini ziyarət etdi. 2008-ci ildə universteti bitirir. Bir sıra kitabların müəllifi, tədqiqatçısı Hacı Həsən bir sıra dəyərli yazıların və elmi-tədqiqat əsərlərinin müəllifidir.
“Qızıl Qələm”, “Xalqın Nüfuzlu Ziyalısı”, “Azərbaycan Bayrağı Mükafatı”, “Ziya” fəxri diplomları və “Xətai”, “Nəsimi” Ali media mükafatı ilə təltif olunmuşdur. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü, “Aşıq Qurbani” məclisinin üzvüdür, “Həkəri” qəzetinin dini işlər üzrə şöbə müdiri, “Ulu Zirvə” qəzetinin baş redaktorudur. Məqalələri bir sıra qəzet və əbədi-bədii jurnallarda dərc olunur.
Xətai rayon Əlillər Cəmiyyətinin üzvüdür. “Qarabağ Uğrunda” və “Milli Ordu 100 il”medalları ilə təltif olunub.
Müəllifdən: Hacı Həsən Hüseyninin keçdiyi ömür yolundan yaradıçılığı ilə tanış olduqca vətənpərvər Azərbaycanlı oğlumuzun nə qədər mübariz olduğu, həyat sevərliyinin şahidi olursan. Torpaqlarımızın azad olunmasında vuruşaraq sağlamlığının bir hissəsini itirən Vətən oğlumuzun içində hayqıran əzəmətli şair ruhunu daima inkişaf etdirən Mübariz Azərbaycanlı 50 illik yubleyiniz mübarək. Sizə möhkəm can sağlığı, işlərinizdə və yaradıcılığınızda bol-bol uğurlar arzulayırıq.
Yeganə Telmanqızı
“XeberTıme.az”