SON DƏQİQƏ

Bacarıqlı əllərin möcüzəsi- FOTOLAR

Tarix:29-07-2021, 01:44

Naxçıvan Dövlət Universiteti Naxçıvan ziyalılarını yetişdirən elm ocağıdır.  Naxçıvan səfərimdə neçə-neçə akademiklər, professorlar, elm xadimləri yetişdirən Naxçıvan Dövlət Universitetinin  Texnologiya kafedrasının Texnologiya müəllimi fakültəsinin qonağı oldum. Burada çox səmimi, isti münasibətlə qarşılandım. Kafedranın müdiri, Fiologiya üzrə fəlsəfə doktoru, dosent Mətənat Quliyeva  Texnologiya Mərkəzində standartlara uyğun autorya, fənn kabinetləri və dəhlizdə Azərbaycanın qədimliyini özündə əks etdirən sənət əsərlərindən ibarət sərgi sərgilənməyinə rəhbərlik edərək möcüzələr yaradıb.  


Dəyərli ziyalımız Mətanət xanımla və kafedranın müəllimləri ilə birgə fənn  kabinetləri ilə tanış oldum.  


 
Burada fəaliyyət göstərən xalçaçılıq kabinetində hanalar, xalçaçılıq ləvazimatları müəyyən rəngli saplar, xalca toxumaq üçün müəyyən ləvəzimatlar, həmçinin qədim zamanlarda xalça toxumaq üçün istifadə edilən qədim əşyalar və sandıqlar öz əksini tapıb. Keçmiş və müasirliyi əks etdirən otaqda səliqə-səhman könül oxşayır. “Rəşadətli Əməyə” görə medalı ilə təltif edilən, xalçaçı  Həcər Hümbətova xalça toxumanın sirlərini tələbələrə sevə-sevə öyrədir.  


           
Tikiş kabinetində yeni tikiş maşınları, müxtəlif növdə parçalar, könül oxşayan manikenlər yerləşdirilib. Toxuma kabinetində, millə, milçə ilə müxtəlif naxışlarla toxuma həm nəzəri, həm də praktiki tədris edilərək öyrədilir. Ağac emalı və metal kəsmə kabinetində tikinti alətləri ilə çalışmağ öyrədilir. 




Texnologiya Mərkəzinin rəhbəri, NDU-nun texnologiya kafedrasının müdiri , fiologiya üzrə fəlsəfə doktoru, dosent Mətənat Quliyeva ilə həmsöhbət oldum:  

-Yeganə xanım  texnologiya mərkəzimiz 2021-ci ildən fəaliyyət göstərir. Məqsədimiz qədimliyini qoruyub saxlayaraq müasirlik ilə sintez yaradan sərgimizin qurulması idi. Özünüzdə gəzib gördüz ki, burada sərgilənən bütün rəsm əsərləri, əl işləri, tikmələr Azərbaycanın milli ornamentlərini özündə saxlayaraq bu günümüzdə yaşatmaqdır. Bizim Universitetdə xarici tələbələr təhsil alır, məqsədimiz bütün dünya xalqlarına qədim xalq olmağımızı və elecədə nənə-babalarımızdan bizə miras qalan adət-ənənəmizi təbliğ etməkdir. Dəhlizdə düzənlənən sərgi tələbələrimizin əl işləridir. Balaca sərgidə olsa demək olar ki, incəsənətin hər bir növündə olan bəzəklər, rənglər, əşyalar burada düzənlənib. Kulinarya kabinetimizdə hər həftənin 5-ci günləri xarici tələbələrlə azərbaycan tələbələr arasında mətbəx mübadiləsi  keçiririk. Xarici  və azərbaycanlı tələbələr öz mətbəxlərinə aid yeməklər bişirirlər, şirniyyatlar və   salatlar  hazırlayırlar.  Texnologiya mərkəzində fəaliyyət göstərən kabinetlərdə gördüyünüz alətlər, mebeller və müəyyən inventarların əkəsriyyəti dövlət tərəfindən təmin edilib. Əsas məqsədimiz milli mədəniyyətimizi, mətbəximizi dunyaya tanıtmaqdır. Universitetin mərkəzində öz mallarımızın satışı üçün tələbələrin əl işlərinin satışı üçün dükan fəaliyyət göstərir. Burada daxildə istehsal olan mallar satılır. Məqsəd əməyə, zəhmətə  verilən dəyərdir. Bundan başqa şəhərimizdə keçirilən ələmətdar tədbirlərdə sərgi keçirərək tələbələrin əl işlərini satırıq və tələbəyə pul qazandırırıq.                                
Universitetimizdə təhsil alan tələbələr gələcəyin savadlı pedaqoqları Azərbaycanın möhtəşəm elm, ali ocaqlarında böyüməkdə olan nəslə yüksək səviyyədə dərs verəcək bir mütəxəsisdir. Azərbayanın savadlı gənclərinin çoxu məhz bu elm ocağında yetişir.  
Xatırladaq ki, Texnologiya kafedrası 2021-ci ilin fevral ayından əsaslı şəkildə təmir olunaraq fəaliyyətə başlayıb. Texnologiya müəllimliyi fakültəsində 9 müəllim, 1 labarant, 1 təlim ustası çalışır. Əyani təhsil olaraq fəaliyyət göstərən kafedrada 65 tələbə təhsil alır.   

Müəllifdən: Naxçıvan Dövlət Unuversitetində düzənlənən səliqə-səhman burada keçirilən yüksək dərs kefiyyətindən xəbər verir. Ali məktəbin pedoqoji kollektivi və fiologiya üzrə fəlsəfə doktoru, dosent Mətənat Quliyeva məni isti münasibətlə qarşıladı, xatirə olaraq qələbə rəmzimiz “Xarı Bülbül”dən ibarət olan stend hədiyyə verdi.

 
Bəli bu cür mehriban, səmimi kollektivdən nə qədər yazsaq belə azdır. Xatirə kitabına əbədi olaraq ürək sözlərimi yazdım.  


“XeberTıme.az”  informasiya portalı olaraq texnologiya kafedrasının rəhbəri, fiologiya üzrə fəlsəfə doktoru, dosent Mətənat Quliyeva başda olmaqla texnologiya mərkəzində çalışan pedoqoji kollektivə, tələbələrə bol-bol uğurlar arzulayırıq. 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ