“Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisi nümayiş olunubRespublika Gənclər Kitabxanasının “Zəfərə gedən yol” layihəsi çərçivəsində təşkil olunan “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisi izləyicilərə nümayiş olunub.
Kitabxanadan bildirib ki, virtual sərgi Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərovalarla birlikdə təşkil olunub. Sərgidə 20-dən çox gənc, həvəskar rəssamların Vətən müharibəsi qəhrəmanlarına həsr etdikləri rəsm əsərləri onlayn rejimdə nümayiş olunub. Virtual sərgidə Rəssamlıq Akademiyasının, Azərbaycan Pedaqoji İnstitutunun, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, Bakı Biznes və Kooperasiya Kollecinin, və s. ali və orta məktəblərin tələbə və şagirdlərinin, gənc həvəskar rəssamların 40-dan çox əl işləri yer alıb.
Virtual sərgidə izləyicilər Misir Maxsudlunun “Polad Həşimov”, Aysel Mayılovanın “Zəfər”, Ayxan İsayevin “Şuşa”, Cəmilə Cəfərzadənin “Zəfər” və s. işlər ilə tanış olmaq imkanı qazanıblar.
Sərgidə təqdim edilən rəsmlərin bir hissəsi Vətən müharibəsində qazanılan şanlı Qələbənin görüntülərini təsvir etməklə yanaşı, əksəriyyəti məhz qəhrəman oğulların, şəhidlərin portretlərindən ibarətdir. Maraqlı və duyğusal anlardan biri odur ki, virtual sərgiyə iş təqdim edən Aytən Məmmədova adlı iştirakçı Vətən müharibəsində şəhid olan qardaşı Rəcəb Məmmədovun və əmisi oğlu Təbriz Bəkirovun portretlərini işləyib.
Virtual sərginin iştirakçılarına sertifikatlar təqdim edilib.
“Zəfərə gedən yol” layihəsində aşağıdakı rəssamların əsərləri nümayiş olunub:
Fidan Abidova
Zəminə Qənbərova
Turanə Qəhrəmanlı
Fidan Hüseynova
Aygün Əminova
Cəmilə Cəfərzadə
Aysel Mayılova
Təhminə Əli
Dilruba Şirinova
Ruslan Abdullayev
Pərviz Mahmudov
Elmira Məmmədova
Tofiqə Əliyeva
Elnarə Xanlarova
Günel Nəcəfova
Arzu Məmişova
Aytən Məmmədova
Ayxan İsayev
Xüsusi müxbir: Aygün Oqtay
“XeberTıme.az”