SON DƏQİQƏ

NDU-də təhsil alan xarici tələbələr Azərbaycanın milli dəyərlərini yaxından öyrənirlər+FOTOLAR

Tarix:3-08-2021, 23:38

Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlərboyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.                                                                                                                                                                        Heydər Əliyev

İran, Turkiyə,  C. Koreya,  Banqladeş,   Nigeriya, müxtəlif ölkələrdən gələn tələbələr Naxçıvan Dövlət Universitetinin Texnalogiya Mərkəzində ali təhsil almaqla yanaşı həm da Azərbaycanın milli dəyərlərini yaxından öyrənirlər.                                                       

Texnologiya Mərkəzinin rəhbəri,  NDU-nun texnologiya kafedrasının müdiri , fiologiya üzrə fəlsəfə doktoru, dosent Mətənat Quliyeva onlayn müsahibəsində bildirdi:                                                                                         

- Texnalogiya Mərkəzində xarici tələbələr üçn xüsusi dərnəklər var ki, müxtəlif ölkələrdən olan tələbələr həmin dərnəklərə gəlirlər. Məsələn: toxuma, tikmə, əldə toxuma, xalça toxuma, dekorativ sənət, kulinariya və s. Milli mədəniyyətimizə dayanıqlı sənət olan qurama onların daha çox maraq dairəsindədir. Məqsədimiz Azərbaycanın qədim köklərinə dayanan milli mədəniyyətimizi təbliğ etməkdir. Bunlarla yanaşı həm də mütəmadi olaraq seminarlar aparırıq.                 
Xarici tələbələrin ən çox sevdikləri dərnək kulinariya dərnəyidir. Burada biz bizim milli mətbəximizə aid olan yeməkləri təqdim edirik və buda onların marağına səbəb olur. Yeməklərimizi yeyirlər bəyənirlər, hətta bizim yeməkləri bişirərək bizə təqdim edirlər. Tələbələri rayonlara aparırıq və hər rayona aid olan milli mətbəxi həm biz öyrənirik, həm də onlara öyrədirik. Süfrə mədəniyyətimizi, ailə dəyərlərimizi onlara təbliğ edirik. Naxçıvanın bütün rayonlarına getmişik. Şahbuz rayonda çöçə, yuxa, lavaş, Naxçıvan kətəsi, şirniyyatların təndirdə bişirilməsi əyani onlara göstərdik. Burada həm bizim, həm də xarici tələbələr öyrənirlər. Culfa rayonunda isə xalça toxumanın sirlərini başa salaraq onlara öyrətdik. Babək rayonunda daşda ət döyərək küftə hazırladılar və bu yemək hər birinin marağına səbəb oldu. Yeməyi daddılar və məmnun oldular. Ordubad rayonunda müxtəlif yemək tarifləri ilə tanış olduq və məhşur Ordubad qayğanağı bişirildi. Bildiyiniz kimi o yemək xeyli yumurtadan hazırlanır  və şirniyyata oxşayır. Bu yeməkdə sevildi və yeyildi. Artıq universitetdə bu yeməklər bişirilir, onlar bizim adət-ənənəmizə bağlanırlar və öyrənirlər. İnşallah yaxın günlərdə mətbəximiz, yeməklərimiz, ləziz süfrələrimiz, ailə mədəniyyətimiz, milli dəyərlərimiz, süfrə mədəniyyətimiz haqqında kitab da çıxaracayıq.  

Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Mətanət xanım sizə və rəhbəri olduğunuz kafedranın bütün pedoqoji kollektivinə əvəzolunmaz və gərgin zəhmətində bol-bol uğurlar arzulayırıq.                                                                                                            
Yeganə Telmanqızı 
 “XeberTıme.az”


                                                                                                                                                                          
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ