SON DƏQİQƏ

Vətənpərvərlik Etüdləri+FOTOLAR

Tarix:16-08-2021, 01:11

Ulu Öndərimiz Heydər Əliyevin 98-ci il dönümünə həsr olunmuş “Vətənpərvərlik Etüdləri” Ağcəbədi rayonunda baş tutdu.Avqust ayının 14-də YAP-ın Yasamal Rayon təşkilatı, Ağcəbədi Rayon İcra Hakimiyyəti və Ağcəbədi rayonundan millət vəkili Aqil Abbasın təşkilatçılığı ilə  Azərbaycanın Milli Qəhrəmanı Asif (FRED) Məhərrəmov adına fondun və MVQSY İB - nin dəstəyi ilə Ulu Öndərimiz Heydər Əliyevin 98-ci il dönümünə həsr olunmuş “Vətənpərvərlik Etüdləri” Ağcəbədi rayonunda baş tutdu. Azərbaycan Rəssamlar İttifaqının üzvləri layihə və etüd rəhbərləri Elnurə və Aygün İsgəndərovaların saytımıza verdikləri məlumata əsasən “Vətənpərvərlik Etüdləri” layihəsini artıq beş ildir həyata keçirtdiklərini bildirdilər. Layihənin əsas məqsədi bölgələrimizi daha yaxından tanıtmaq və eyni zamanda kənd turizminin inkişafına dəstək olmaqdır. 
Öncə etüd iştirakçılarını Asan Xidmət Mərkəzində Ağcəbədi  Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qəbul etdi. Rafil müəllim  səmimi söhbət zamanı qonaqları salamladı.  Və bu təşəbbüsün bölgələrimizin tanıdılması   adına  çox  təqdirəlayiq bir  addım olduğunu  qeyd etdi. Qarabağ müharibəsi  zamanı    Ağcabədi rayonunun nə qədər  düşmən hücumuna  məruz qalsa da əhalinin qələbəyə inamı, igidlərimizin  düşmənə qarşı mübarizəsi nəticəsində 42 şəhid və çoxsaylı   qaziləri ilə qəhrəman şəhərlərindən biri   olduğunu  sübut etdi. 
Dövlətimizin qayğısı nəticəsində  Ağcabədi rayonu da sürətlə inkişaf edən rayonlar arasındadır.
İcra başçısı layihə iştirakçılarına rayonunun qədim, tarixi yerlərini, eyni zamanda rayonun müasir inkişafını, təbiətini, mədəni irsini yaxından  tanımağa dəvət etdi, uğurlar arzuladı, xatirə şəkilləri çəkildi. 
İştirakçılar ilk olaraq qədim tarixə malik olan  Boyat kəndində yerləşən Ağcabədi rayonu Məhəmməd Füzuli adına Boyat kənd kitabxanasına 
səfər etdilər. MVQSY İB İB-nin sədri Rada Abbas kitabxanaya üzərində üzərində Məhəmməd Füzulinin rəsmi olan qədim xalça və 100 ədəd kitab hədiyyə etdi.  
Növbəti dayanacaq Qarabağ Atçılıq Kompleksi oldu. Kompleksin əməkdaşları iştirakçıları füsunkar Qarabağ cins atları ilə tanış etdilər və kompleksin fəaliyyəti   haqqında ətraflı məlumat verdilər.   
İştirakçıların son dayanacağı  Ağgöl  Milli   Parkı oldu. 
Gözəlliyi ilə göz oxşayan Ağgöl  Milli Parkından ilhamlanan rəssamlar  və fotoqraflar bir-birindən  gözəl rəsm əsərləri, fotolar ərsəyə  gətirdilər. 
Sonda iştirakçılar diplom və  "Xarı Bülbül" döş nişanı ilə təltif olundular və əslən Ağcəbədi rayonundan olan 
Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Tariyel Salmanovun portreti ailəsinə xatirə olaraq hədiyyə olundu.
Beləliklə layihə iştirakçıları Ağcabədi  rayonunun tarixi,  təbiəti, mədəniyyəti, milli-mənəvi dəyərləri, özünəməxsus ləziz mətbəxi ilə tanış olmaqdan şad oldular. 
Qeyd edək ki, qonaqlar  arasında KKTCBakı təmsilçiliyinin təhsil və mədəniyyət  atteşesi, dünyaca  tanınmış  fotoqraf Tevfik Ulual da iştirak edirdi.
 
 
Xüsusi müxbir: Aygün Oqtay 
“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ