SON DƏQİQƏ

AD GÜNÜNÜZ MÜBARƏK, ARZU MÜƏLLİMƏ!

Tarix:13-09-2021, 09:16

Gələcək gənclərin, gənclər isə Müəllimlərin əsəridir!!!  
Bu gün Sumqayıt şəhər 2 nömrəli Bülbül adına Uşaq İncəsənət Məktəbinin nəzəriyyə şöbəsinin müdiri Arzu Qurbanovanın doğum günüdür.                       
Xatırladaq ki, Arzu Cingiz qızı Qurbanova 1959-cı ildə Şəki şəhərində Səadət müəllimənin və Cingiz bəyin evində ilk övladları dünyaya gəlir. 1966- cı ildə Şəki şəhəri 3 saylı tam orta məktəbin birinci sinifinə daxil olur. Şəki şəhəri 3 saylı məktəbin birinci sinifinə daxil olur. 1967-ci ildə musiqiyə olan həvəsi onu Şəki şəhər musiqi məktəbinə gətirib çıxarır. 1971-ci ildə ailə Sumqayıt şəhərinə köçür və 13 saylı 
tam orta məktəbdə təhsilini  davam edir. Musiqi təhsilini isə 1 saylı musiqi məktəbində
(indiki Q.Qarayev adına musiqi məktəbi).              
1976-1980-cı illərdə Sumqayıt şəhər S.Hacıbəyov adına Musiqi texnikomomunun nəzəriyyə şəbəsində təhsil alır. Tələbə olarkən 1979-cı ildə Sumqayıt şəhər 4 saylı klubda əmək fəaliyyətinə başlayır. 1981-ci ildən bu günə qədər  Sumqayıt şəhər 2 nömrəli musiqi məktəbində (indiki Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi) nəzəriyyə müəllimi kimi əmək fəaliyyətini davam etdirir. 2000-ci ildən nəzəriyyə şöbəsinin müdiri vəzifəsində çalışır. 1983-ci ildən ailəlidi. 2 övladı  Aytən və Həsən, 4 nəvəsi var. 
Müəllifdən: Arzu müəllimə  bu gün çox qürur duyuram ki, sizinlə və digər mənə dərs deyən müəllimlərlə bərabər  gözəl, dəyərli bir  kollektivdə  çalışıram. Bu fəaliyyətim mənim üçün qürurvericidir!                                                                                      
Gözəl müəllimə, gözəl insan “XeberTıme.az”  informasiya portalının bütün yaradıcı  heyəti adından və Sumqayıt şəhər 2 nömrəli Bülbül adına Uşaq İncəsənət məktəbinin direktoru Samir İsmayılov başda olmaqla bütün pedoqoji kollektivi adından sizi ürəkdən təbrik edirik. Sizə möhkəm cansağlığı, firavanlıq və məsul  fəaliyyətinizdə bol-bol uğurlar, sağlıqlı həyat, sevinc dolu günlər arzulayırıq.  Ad gününüz mübarək! 80-100 yaşınızı vərəqlədikcə bizlərlə olasınız. 


Yeni yaşınız uğurlu günlərlə zəngin olsun!

 Yeganə Telmanqızı 
 “XeberTıme.az
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ