SON DƏQİQƏ

“Zəfər Rəngləri” adlı ilk fərdi yaradıcılıq sərgisi keçirildi-FOTO

Tarix:21-10-2021, 01:36

Oktyabrın 18-də Yasamal rayon Heydər Əliyev mərkəzində rəssam, Qarabağ veteranı Mənsur Əsgərlinin "18 oktyabr Milli Müstəqillik günü"nə və Vətən müharibəsinə həsr olunmuş “Zəfər Rəngləri” adlı ilk fərdi yaradıcılıq sərgisi keçirildi.  
Sərgidə Tanınmış alim-şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AR Təhsil Problemləri İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi İdrak Novruzov, Azərbaycan Rəssamlar İttifaqının üzvləri, sərgi-tədbir təşkilatçıları  Elnurə İsgəndərova və Aygün İsgəndərova, A&J Holdinqin direktor müavini, texnika elmləri doktoru, professor Ənvər Həzərxanov, Asif Məhərrəmov adına Fondun rəhbəri I Qarabağ Müharibəsi qazisi Ədalət Məhərrəmov, Qızıl Aypara Cəmiyyətinin Kəlbəcər rayon bölməsinin sədri Gəncəli Mehdiyev, I Qarabağ Müharibəsi qazisi, polkovnik Zahid  Qarayev, Yazıçılar Birliyinin üzvü yazıçı Gülzar İbrahimova, Respublika Veteranlar İctimai Birliyinin sədr müavini Əkbər Məmmədov, Respublika Qayğı Cəmiyyətinin sədri, I Qarabağ qazisi Müşfiq Əliyev, Şəhid Mayor Aqşin İbadovun qardaşları Cəmil İbadov , Məmmədhüseyn İbadov, Respublika İncəsənət Gimnaziyasının müəllimi, rəssam Minə Məmmədova  KİV nümayəndələri iştirak etdilər.               
Qonaqlar öncə Mərkəzin Muzey bölməsində ulu öndər Heydər Əliyevin büstünü ziyarət etdi.       
Sərginin açılış mərasimi Azərbaycan Respublikası Dövlət Himnin səsləndirilməsi ilə başladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.                                     
Sərgini giriş sözü ilə Yasamal rayon Heydər Əliyev mərkəzinin direktoru Naminə Ömərova açaraq qonaqları salamladı, bildirdi ki, bu il Azərbaycan xalqı 30 ildən sonra ilk dəfə 18 oktyabr - Müstəqilliyin bərpası gününü tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.                                                                                  
Bu xöşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı və qazandığımız böyük Qələbə Azərbaycan xalqının, onun liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnurə İsgəndərova layihə haqqında qonaqlara ətraflı məlumat verdi. O, dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizədən danışdı. Şəhid Mayor Aqşin İbadovun portreti ailə üzvlərinə hədiyyə olundu.
Sonda qonaqlar sərgi ilə tanış oldular.
 
XeberTime.az
Xüsusi müxbir: Aygün Oqtay        
                                          
Fotoqraf: Ramin Qurbanov


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ