SON DƏQİQƏ

Hərbi Qənimətlər Parkında “Zəfərdən zəfərə” adlı möhtəşəm rəsm sərgisi keçirilib- FOTO

Tarix:23-10-2021, 13:05

22 oktyabr 2021-ci il tarixində Hərbi Qənimətlər Parkında “Zəfərdən zəfərə” adlı möhtəşəm rəsm sərgisi keçirilib.

XeberTıme.az  xəbər verir ki,sərgidə bədii rəhbər, təşkilatçı gənc və istedadlı rəssam Ülkər Əbülfət və onun şagirdləri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn Məktəbi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyətinin, o cümlədən Milli Qvardiyanın rəssamının əl işlərindən ibarət vətənpərvərlik mövzusunda çəkilmiş rəsmləri nümayiş etdirilib.

Eyni zamanda sərgi çərçivəsində əməyi keçən iştirakçılara, birinci və ikinci vətən müharibəsində ön cəbhədə şücaət göstərən hərbiçilərə fəxri fərmanlar təqdim edilib.

Qeyd edək ki, tədbirdə Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih Yevdayev, Tankçı Veteranlar İctimai Birliyinin sədri Hacı Əzimov, millət vəkilləri, xarici ölkələrin ölkəmizdə akkreditə olunmuş səfərliklərinin nümayəndələri, eləcə də dövlət və ictimaiyyət xadimləri iştirak ediblər.

Prezident təqaüdçüsü Hacı Azadə-Taleh Abbasqızı

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ