SON DƏQİQƏ

ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCAN! -FOTO

Tarix:2-11-2021, 22:41

“Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirildi.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Zəfər günü” münasibəti ilə 29 oktyabr 2021-ci il tarixdə “Zəfərin mübarək, Azərbaycan” adlı tədbiri İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarının ziyarəti,  Azərbaycan Dövlət Himninin səsləndirilməsi və bir dəqiqəlik sükutdan sonra başladı.                                                 
Tədbiri kitabxananın direktoru Aslan Cəfərov açıb 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başlanma tarixi, Azərbaycanın məğlub xalqdan qalib xalqa çevrilməsi, ümümmilli lider Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi, müdrik siyasəti, qəhrəman oğullarımızın igidliyi  nəticəsində  qələbə qazanmağımızdan danışdı.                                                                   
Şöbə müdiri Günay Həsənova kitabxananın sosial şəbəkələrdə vətənpərvərlik mövzusunda fəaliyyəti,- videoçarxlar, müsabiqələr, biblioqrafik vəsaitlər haqqında geniş məlumat verdi.        
Dosent, tarix üzrə elmlər doktoru, AMEA-nın Abbasqulu  Ağa Bakıxanov adına tarix institutunun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin aparıcı elmi işçisi Vaqif Abışov zəfər qazananadək uzun illər boyu beynəlxalq konfranslarda  Azərbaycana qarşı münasibətin tam başqa cür olması, hər bir şəhid haqqında monoqrafiyalar, kitablar yazılacağı mövzusunda çıxış etdi.       
Gənclər və İdman Nazirliyinin Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov 27 sentyabr tarixində təkcə Yasamal rayonundan minlərlə könüllü gəncin  müraciəti, onların cəbhədə göstərdikləri şücaətlər, Yasamal rayon İcra Hakimiyyətinin  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Tural Əsgərov təkcə bu rayonun on altı milli qəhrəmanı, otuz üç şəhid ailəsi olması, YAP gənclərlə iş şöbəsinin əməkdaşı Fuad Həbibzadə müharibənin ədalətin, xeyirin şər üzərində qələbə çalması  mövzusunda çıxış etdilər.            
Yazıçı, jurnalist, “525 -ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid şəhidlərimizin əbədi xatirəsinə həsr edilən əsərlər haqqında danışıb belə yazıların  həmişə davamlı olacağını bildirdi. Gənclər kitabxanasi Azərbaycan Respublikasının xalq artisti, ADMİU-nun dosenti, şəhid atası Əli Nur şəhidlərə və qazilərə göstərilən hörmətdən danışaraq çıxışını “Salam, oğlum” şeiri ilə bitirdi.                                 
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı “Salam, könüllü əsgər” şeirini söylədi.       
Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü Elnurə İsgəndərova çıxışında bütün şəhid analarına dözüm, səbr arzuladı.    
Şəhid valideynlərindən Kəmalə Məmmədova, Nüşabə Quliyeva, Namiq Cəfərov, Kəmalə Cəfərova, Mətanət Mirsüleymanova, Tahirə Hüseynova  dövlətimiz   tərəfindən şəhid ailələlərinə göstərilən qayğı və münasibətlərini bildirdilər.                                                        
Tadbirdə həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi  Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin aparıcı məsləhətçisi  Xəyal Məmmədov, İkinci Qarabağ müharibəsi iştirakçısı, Bakı Humanitar kollecin müəllimi Fərid Atazadə  iştirak edirdilər.                                                
Tədbirin sonunda şəhid Rəcəb Məmmədovun bacısı Aytən Məmmədovanın ilk fərdi yaradıcılıq sərgisinə baxış keçirildi.  Aytən Məmmədova Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Zəfərin mübarək, Azərbaycan” tədbirində ilk fərdi yaradıcılıq sərgisinə, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərovalar isə “Zəfərin mübarək, Azərbaycan” tədbirində ilk birgə  yaradıcılıq sərgisinə görə Diplomları ilə təltif olundular.
 
XeberTime.az
Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ