SON DƏQİQƏ

Zəfər Gününün ildönümünə həsr olunmuş "Qarabağın səsi" adlı konsert keçirildi- FOTOLAR

Tarix:11-11-2021, 21:55

"8 Noyabr - Zəfər Günü"nün ildönümü münasibətilə Fidan Hacıyeva Vokal Musiqi Məktəbi tələbələrinin "Qarabağın səsi" adlı konserti keçirilmişdir.
Musiqili gecəni Xalq artisti Fidan Hacıyeva açıq elan edərək öz çıxışında: "Doğma Azərbaycanımızın işıqlı gələcəyi naminə çalışmaq mənim hər zaman həyat devizim olmuşdur. Bu günkü konsertdə çıxış edən məktəbimizin tələbələrinin uğurları ilə fəxr edirəm və çox sevinirəm" deyərək bildirib.
Konsertdə Fidan Hacıyevanın tələbələri: İbrahimli Leyli, Ağazadə Aydan, Əsgərzadə Adnan, Tağızadə Mədinə, Yunusova Aynur, Ağakişiyeva Emiliya, Eyvazova Səmra, Heydərli Nigar.
Fərid Əliyevin Tələbələri: Hüseynzadə Sevgül, Əsədli Araz, Abdullayev Nicat, Əliyev Aydın, Ziyalı Fərid.
Leyla Aslanovanın tələbəsi: Hüseynova Aysel.
Leyla Cavadovanın tələbələri : Charles Naylor Emin ve Quliyev Amar.
Könül Abdullayevanın tələbəsi: Zahidov Adil konsertdə öz ifalarını təqdim edərək konsertə gələn qonaqlar tərəfindən böyük alqışlarla qarşılandılar.
Tələbələri müşaət edən konsertmeysterlər: Könül Abdullayeva, Günel Rəhimova ve Elvin Məcidov idi.
Həmçinin Azərbaycanın ilk ombudsmanı, kimya elmləri doktoru, professor - Elmira xanım Süleymanova çıxış edərək konsertdən böyük bir zövq aldığını bildirdi. Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin tələbələrinə uğurlar arzu etdi.
Sonda xatirə fotoları çəkildi.
 
XeberTime.az
Xüsusi müxbir:  Aygün Oqtay
Fotoqraf: Vüsalə Yunusova


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ