SON DƏQİQƏ

Əfsanəvi müğənni vəfat etdi

Tarix:13-12-2021, 12:55

Əfsanəvi meksikalı müğənni, xalq mahnıları ifaçısı Visente Fernandes 81 yaşında dünyasını dəyişib.
XeberTıme.az xəbər verir ki, bu barədə onun instaqram hesabında məlumat verilib.

İfaçının ölüm səbəbi açıqlanmayıb. “Infobae” internet portalının məlumatına görə, o, avqust ayında yıxıldıqdan sonra xəstəxanaya yerləşdirilib. Dekabrın 1-də reanimasiyaya köçürülüb, dekabrın 9-da isə vəziyyəti pisləşib.

Qeyd edək ki, V. Fernandes 1960-cı ilin ortalarında məşhurluq qazanıb. Karyerası boyunca 100-dən çox albom yazdırıb və 70 milyondan çox plastinka satıb. O, 3 dəfə “Grammy”, 9 dəfə “Latin Grammy Awards”, həmçinin 14 dəfə “Lo Nuestro” mükafatına layiq görülüb. 1998-ci ildə Hollivuddakı “Şöhrət xiyabanı”nda ulduz alıb. Bundan əlavə, müğənni azı 30 filmdə rol alıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ