SON DƏQİQƏ

“Uğurlarımızla 2022-yə” layihəsinin təqdimatı olub-FOTOLAR

Tarix:20-12-2021, 13:11

Bakı Gənclər Mərkəzində Nizami Gəncəvi ilinə həsr olunmuş sərgi və “Uğurlarımızla 2022-yə” layihəsinin təqdimat mərasimi keçirilib.                       
Yasamal rayon Heydər Əliyev Mərkəzi, Abşeron Gənclərin İnkişafı İctimai Birliyi, İyilik Üretenler Derneyi, E Media Qrup, Lənbəran Müəssisəsi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində il ərzində müxtəlif sahələrdə nailiyyətlər qazanmış sənətkarların təltif olunması ilə yanaşı dahi Nizami Gəncəvi irsinin təbliğ edilməsi də həyata keçirilir. Layihə rəhbəri Elnurə İsgəndərova Azərbaycan ədəbiyyatında Nizami yaradıcılığının tutduğu yerin əvəzolunmazlığından söz açıb, onun dünya poeziyasının zirvəsində olduğunu diqqətə çatdırıb. 
Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, millət vəkili Vüqar İsgəndərov, xeyriyyəçi iş adamı Mədət Abdullayev, “E Media”nın rəhbəri Elşən Əliyev, Qarabağ qazisi, Polkovnik Elmar Hüseynov,Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Rada xanım, əməkdar artist Səlim Abbasov “Uğurlarımızla 2022-yə” mükafatını qazananları təbrik edərək layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər. 
Qardaş ölkə Türkiyənin ”İyilik Üretenler” dərnəyinin başqanı Ahmet Yavuz Uşaqlıoğlu tədbir iştirakçılarına videomüraciətində qeyd edib ki, layihə çərçivəsində Suraxanı və Xətai rayonunda bərpa prosesi keçən Vətən Müharibəsi əlilləri ziyarət olunub, onlara ”İyilik Üretenler” dərnəyi tərəfindən hədiyyələr və”Onur belgesi” təqdimolunub.
Tədbirdə çıxış edənlər 2020-ci ildə 44 günlük Vətən Müharibəsində qazanılmış şanlı Qələbədən sonra ölkəmizə marağın artdığını, respublikamızın dünyanın diqqət mərkəzində olduğunu qeyd ediblər. Azərbaycanda bütün sahələr kimi mədəniyyət və incəsənətin də böyük inkişaf mərhələsində olduğu, dövlətin bu istiqamətdə ciddi dəstək göstərdiyi xüsusi vurğulanıb.
Tədbirdə gənc rəssamların böyük mütəfəkkir Nizami Gəncəvi yaradıcılığına həsr etdikləri rəsm əsərləri nümayiş olunub. Müxtəlif janrlarda işlənmiş əsərlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Qonaqlar gəncrəssamların yaradıcılığını yüksək qiymətləndiriblər. 
Tədbirin sonunda il ərzində müxtəlif sahələrdə diqqətəlayiq uğurlar qazanmış sənət adamları diplom və fəxri mükafatlarla təltif ediliblər.
 
XeberTime.az
Xüsusi müxbir: Aygün Oqtay Fotoqraflar:                                                                             
Mahir Əhmədov, Ramin Qurbanov



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ