SON DƏQİQƏ

Polad Həşimovun ev muzeyinə generalın portreti hədiyyə verildi-FOTO

Tarix:8-01-2022, 09:31

Qəhrəman olmaq üçün qəhrəman olaraq dunyaya göz açmalısan.
1 Yanvar 2022-ci il tarixində əziz və dəyərli, əfsanəvi General-mayor  Polad  Həşimovun doğum  günü münasibəti ilə  ARİ-nin üzvü, rəssam, layihə rəhbəri "İyilik Üretenler " Dərnəyinin Azərbaycan üzrə kordinatoru Elnurə İsgəndərovanın təşəbbüsü ilə Qarabağ Veteranı   "Galera"Sənət Mərkəzinin direktoru , tərtibatçı rəssam Mansur Əsgərli, ARİ-nin üzvü, rəssam, Respublika Gimnaziyasının müəllimi Minə Məmmədova generalın  ailəsini ziyarət etdilər. Söhbət əsasında  Generalımızın uşaqlıq dövründən ,  keçdiyi şərəfli ömür yolundan Səmayə ana və  qardaşı İlham bəy geniş məlumat verdilər. İndiki gəncliyimizin yüksək vətənpərvərlik ruhunda yetişməsi üçün  Şəhidlərimizin və Qazilərimizin yaxından tanıdılmasının vacib olduğunu bildirdilər. Ziyarət  əsasında " Mansur Əsgərli Yağlı boya ilə çəkdiyi  Generalımızın portretini Səmayə anaya hədiyyə etdi.
 
XeberTime.az
Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ