SON DƏQİQƏ

Nənəmin sandığından fashion show

Tarix:11-01-2022, 21:46

Azərbaycan Milli Xalça Muzeyi milli geyimlərimizlə bağlı uğurla həyata keçirdiyi “Nənəmin sandığından fashion show” layihəsini davam etdirir.
Belə ki, yanvarın 15-də layihə çərçivəsində “Naxçıvan gözəli” adlı 3 aylıq tədris proqramına başlanılacaq. Muzeyin Uşaq şöbəsi tərəfindən Azərbaycan və rus dillərində keçiləcək dərslərə 11-18 yaş arası qızlar və oğlanlar qatıla bilərlər.
 
 
Proqram müddətində iştirakçılar Naxçıvan milli geyimləri haqqında nəzəri biliklər əldə edəcək, praktik bacarıqlara yiyələnəcəklər. Tədris proqramını bitirənlərə sertifikatlar təqdim olunacaq və onların hazırladıqları geyimlərdən ibarət moda nümayişi keçiriləcək.
 
Layihə haqqında ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün (+99450) 363 43 55, (+99455) 262 81 84 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
 
*
Азербайджанский национальный музей ковра продолжает успешный проект "Показ мод из бабушкиного сундука", посвященный национальной одежде. В его рамках с 15 января стартует трехмесячная образовательная программа "Нахчыванская красавица". К занятиям на азербайджанском и русском языках, организованным детским отделом музея, могут присоединиться мальчики и девочки в возрасте 11-18 лет.
Участники программы получат теоретические знания о нахчыванской национальной одежде и практические навыки. Завершившим образовательную программу будут вручены сертификаты, а также будет организован модный показ изготовленной ими одежды.
Для более подробной информации о проекте и регистрации обращайтесь по следующим номерам: (+99450) 363 43 55, (+99455) 262 81 84.
 
 
XeberTime.az 
Xüsusi müxbir: Aygün Oqtay

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ