SON DƏQİQƏ

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib- FOTO

Tarix:5-03-2022, 00:41

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt şəhərinin Tarixi Muzeyində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən şəhər ictimaiyyətinin və tanınmış idmançıların şəxsi arxivlərindən toplanaraq təqdim edilən materiallar əsasında sərgi tərtib edilib.
5 mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt şəhərinin Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə sərginin təqdimetmə mərasimi keçirilib.
Beynəlxalq səviyyədə yüksək nailiyyətlər qazanan, Azərbaycan bayrağını qaldıraraq himnini səsləndirən tanınmış idmançıların iştirakıyla keçirilən tədbirdə öncə Sumqayıtın tarixini və bu gününü əks etdirən sərgilərə baxış keçirilib, “Şəhidlər qalereyası” ziyarət olunub. Tədbirdə çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinın rəisi Elgün Hümbətov Ulu Öndərin Azərbaycan idmanına və idmançılarına bəslədiyi diqqət və qayğıdan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda inkişaf edən Olimpiya hərəkatından söz açıb, idmançılara yeni-yeni nailiyyətlər arzulayıb.
Tədbirdə Afina və Pekin Yay Paralimpiya Oyunlarının qalibi, London və Tokio Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı, 2 qat dünya çempionu, 7 qat Avropa çempionu, Birinci Avropa Oyunlarının qalibi, İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı İlham Zəkiyev, “Tərəqqi” medalçısı,  Beynəlxalq dərəcəli hakim, “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası”, boks üzrə XXVIII Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Fuad Aslanov, XXIX Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionatının gümüş, Dünya çempionatının və Hərbiçilər arasında Olimpiya Oyunlarının bürünc mükafatçısı Şahin İmranov, cüdo üzrə veteranlar arasında 9 qat dünya çempionu Fərhad Rəcəbli və şəhərimizin digər tanınan idmançıları çıxış ediblər. Daha sonra tədbir iştirakçılarına sərgi təqdim edilib.
Sonda idmançılar tərəfindən muzeyin rəy kitabına ürək sözləri yazılıb.
“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ