SON DƏQİQƏ

"Uşaq və kitabla dünyanı dəyişək" layihəsindən daha bir görüş keçirilib

Tarix:13-04-2022, 22:22

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli Mehdiabad kitabxana filialında kitabxananin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Mükafatçısı, "333-lər" ədəbi məclisinin rəhbəri, şair Aytən Təhmasib tərəfindən təqdim olunan və məktəblilərin sinifdən xaric oxu proqramı çərçivəsində əsərlərin təhlil və müzakirələri Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə "müzakirə dərslər" formatında mütəmadi olaraq "Uşaq və kitabla dünyanı dəyişək" layihəsindən daha bir görüş keçirilib. Növbəti "müzakirə dərs" i Mehdiabad qəsəbə 1 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ulduz Cabbarovanın 8-ci sinif şagirdləri ilə birgə Mirzə Ələkbər Sabirin "Hophopnamə" əsərinin təhlilininə həsr olunub. 
Şair Aytən Təhmasib çıxışında görkəmli şair və pedaqoq M.Ə.Sabirin özünəməxsus ədəbi irsi ilə milli ədəbiyyatımızı zənginləşdirdiyini, uşaqlarımızın onun şeirləriylə dil açıb böyüyərək, dilimizi, sözümüzü, vətənimizi, millətimizi, təbiətimizi sevdiyini, Hophopnaməsiylə nəsillərdən-nəsillərə, əsrlərdən-əsrlərə keçərək Azərbaycan ədəbiyyatında həmişə yaşayacağını vurğulayıb.
Sonda kitabxanaçılar şagirdləri fondla tanış edib və fonda yeni daxil olan uşaq ədəbiyyatları haqqında məlumat veriblər.

“XeberTıme.az”


 
 
 
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ