SON DƏQİQƏ

Sumqayıt şəhər General-mayor Polad Həşimov adına 28 nömrəli tam orta məktəbdə görüş keçirilib- FOTO

Tarix:19-04-2022, 10:06

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Nizami Gəncəvi adına Kitabxana klubda S.Vurğun adına Mərkəzi kitabxananın layihəsi olan “Elm və texnika ili” ilə əlaqədar Sumqayıt şəhər General-mayor Polad Həşimov adına 28 nömrəli tam orta məktəbdə təhsil alan gələcəyin gənc alimləri ilə görüş keçirilib. 
Görüşdə ölkəmizdə ilk dəfə Humanoid robotunu ixtira edən Azərbaycan Robot Olimpiyadasında I yerin, Dünya Robot Olimpiyadasında top 20-də 13-cü yerin qalibi XI sinif şagirdi Amin Nəcəfli, əlil ev heyvanlarının protez ayaq hərəkətlərinin modelləşdirilməsi üzrə öz ixtirasını edən, “Sabahın alimləri” müsabiqəsində biologiya üzrə III yerin qalibi 10-cu sinif şagirdi Aysel Məmmədova, musiqidə riyaziyyatın rolu ixtirası ilə Bakı Mühəndislər Universitetinin təşkil etdiyi Qış Elm Festivalında riyaziyyat üzrə I yerın qalibləri XI sinif şagirdləri Calalova Jalə və Quliyeva Nilufər çıxış edərək, ixtiraları barədə ətraflı məlumat veriblər.
Sonra kitabxananın multimedia mütəxəssisi “Elm və texnika aləmində” adlı sərgi ilə şagirdləri tanış edib və müxtəlif ixtiralarla bağlı hazırlanan videoçarx nümayiş olunub. 
Sonda kitabxananın tədbirlərində fəal iştirak edən şagirdlər fəxri fərmanla təltif olunublar.
 

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ