SON DƏQİQƏ

Vətən müharibəsinin şəhidi anılıb- FOTO

Tarix:5-05-2022, 00:16

Sumqayıt  Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı rayon Nümayəndəliyi tərəfindən Vətən müharibəsində qəhrəmancasına şəhid olan Məhəmmədəli Hörmət oğlu Həsənzadəyə həsr olunan tədbir keçirilib. 

XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev və digər məsul işçilər, YAP-nın Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti işirak ediblər. Öncə Vətənimiz uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidin keçdiyi şərəfli həyat yolu haqqında geniş məlumat verildikdən sonra, Mədəniyyət evlərinin dərnək şagirdlərinin ifasında şeirlər söylənilib, kompozisiya nümayiş olunub.
Sonda şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər və tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür ediblər.

Allah şəhidlərimizə rəhmət eləsin!
 
“XeberTıme.az”



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ