SON DƏQİQƏ

Vətən müharibəsi şəhidi anılıb

Tarix:6-05-2022, 23:46

XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Şuşa rayon Mədəniyyət evi və Şuşa rayon Malıbəyli kənd Mədəniyyət evinin kollektivi Vətən müharibəsi şəhidi Hilal Sabir oğlu İmanzadənin ailəsini ziyarət edib. Müharibə başladığı ilk gündən döyüşlərə qatılan şəhidimiz Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə vuruşub və oktyabrın 1-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Hilal İmanzadə Beyləqan rayonunda dəfn olunub.
Ölümündən sonra gösdərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhid anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ilk öncə ölkə başçısına minnətdarlığını bildirib daha sonra kollektivə təşəkkürünü edib.
Allah şəhidlərimizə rəhmət eləsin!

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ