SON DƏQİQƏ

Yazarlara dəstək layihəsinə start verilib- FOTO

Tarix:17-05-2022, 13:54

Mayın 13-də İçərişəhər “Art Tower Gallery”də Bakı Şəhər  Mədəniyyət Baş İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzi kitab təqdimatı və yazarların imza günlərinin keçirilməsinə dəstək layihəsini  təqdim edib.
Layihənin əsas məqsədi ölkəmizdə kitaba, mütaliəyə marağın artırılması, istedadlı insanlara dəstək olmaq, onların geniş oxucu auditoriyasına tanıdılması üçün yeni imkanların yaradılmasıdır.
Təqdimat mərasimində Bakı Şəhər Mədəniyyət Baş İdarısinin rəisi İbrahim Əliyev,  Azərbaycan Yazıçılar Birliyinin sədr muavini, yazıçı, jurnalist Rəşad Məcid, filologiya elmlər doktoru, ədəbi tənqidçi Cavanşir Yusifli və digər ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tadbirdə  artiq şair və yazarların  Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzə müraciət edərək təklif olunan dəstəkdən yararlana bilələcəkləri diqqətə çatdırılıb. Burada yaradıcı şəxslərə kitab təqdimatları, imza günlərinin keçirilməsində məkan və texniki dəstək təklif olunacaq.
Yeni layihənin təqdimatının ardınca iki yazarın - Samirə Əşrəf və İlham Əzizin imza günü baş tutub.
İlham Əziz ədəbi fəaliyyətə gec başlasa da, ədəbi ictimaiyyətin diqqətini çəkə bilmiş yazıçılardandır. Onun haqqında ədəbiyyatşünaslar, ədəbi tənqidçilər resenziyalar və təqdir yazıları yazıb. İlham Əzizin imzaladığı “Şimşəkdən sonra” adlı kitab hekayələr toplusudur.Bu müəllifin ilk kitabıdır.
Samirə Əşrəf ədəbi fəaliyyətə on ildən artıqdır ki, başlayıb. “Mənim üçün qızılgül” hekayələr toplusu müəllifin sayca ikinci kitabıdır. Samirə Əşrəf Azərbaycanda tanınmış gənc yazarlardandır. O, həmçinin 10 ilə yaxındır mətbuatda çalışır. Publisistika, jurnalistika fəaliyyəti ilə məşğuldur.


Стартовал новый проект содействия писателям

13 мая Центр организации культурных мероприятий и работы с творческой молодежью Главного управления культуры города Баку представил проект содействия писателям при организации презентаций их книг, который прошел в Ичеришехер “Art Tower Gallery”.
Основная цель проекта пропагандировать интерес к книгам, содействовать талантливым людям, создать возможность представления их к широкому читательскому кругу. 
На презентации приняли участие начальник Главного управления Ибрагим Алиев, заместитель председателя Объединения Писателей Азербайджана, писатель и журналист Рашад Меджид, доктор филологических наук, литературный критик Джаваншир Юсифли и другие представители общественности. 
Во время мероприятия прозвучало обращение о готовности рассмотрения предложений по содействию организации таких мероприятий со стороны Центра, и технически, и с точки зрения помещения. 
После презентации проекта читатели смогли познакомиться и получить автографы у писателей Самиры Ашраф и Ильхама Азиза. 

XeberTıme.az
Xüsusi müxbir: Aygün Oqt
ay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ