SON DƏQİQƏ

Goranboy rayon Şəfəq kənd Mədəniyyət evində "Şuşa Azərbaycanın zümrüd qaşıdır" adlı tədbir keçirildi- FOTO

Tarix:18-05-2022, 01:13

Bu gün Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Madəniyyət Mərkəzinin Şəfəq Kənd və Qaraçinar Kənd Mədəniyyət Evləri və Kitabxana Filiallarının birgə təşkilatçılığı ilə Şəfəq Kənd Mədəniyyət Evində "Şuşa Azərbaycanın Zümrüd qaşıdır" adlı tədbir keçirilmişdir.Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon üzrə baş məsləhətçisi Gündüz Hacıyev, rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyev, Şəhid ailələri və Qazilər, məktəb kollektivi,kənd sakinləri, ziyalılar iştrak etmişdir.
İlk öncə bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Şəfəq kənd Mədəniyyət Evinin direktoru Samirə Kazımova tədbir iştrakçılarını salamladı.
Çıxış edən Qaraçinar kənd Mədəniyyət Evinin direktoru Tahirə İmanova keçirilən tədbir haqqında tamaşaçılara geniş məlumat verdi.
Tədbirdə çıxış edən Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon üzrə baş məsləhətçisi Gündüz Hacıyev çıxışı zamanı bildirmişdir:
"Dəmir Yumruq” əməliyyatı ilə başlanan Vətən müharibəsində Azərbaycan Qələbəni döyüş meydanında şəhidlər verərək qazandı.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il noyabrın 8-də, Şuşanın azad edildiyi gün xalqa müraciətində qeyd etdiyi kimi "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacağ. Bu bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”.
Şəhidlərimizin qanı bahasına, igid oğullarımızın qəhrəmanlıqları sayəsində, ordu və xalqımızın birliyi, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və uzaqgörən düşünülmüş hərbi, diplomatik siyasəti nəticəsində düşmən işğalından azad edilmiş Şuşa şəhərində də bu gün həyat qaynayır. Yeni salınan Zəfər yolunda qələbəlikdir.
Prezident Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada quruculuq, təmir-tikinti, bərpa işləri yeni vüsət alıb. Şuşa şəhəri artıq beynəlxalq tədbirlərə ev sahibliyi edir. "Xarıbülbül” beynəlxalq musiqi festivalının hələ də xoş təəssüratlarını yaşayırıq. Bütün bunlara baxmayaraq, düşmən özünün utancverici məğlubiyyəti ilə heç cür barışmaq istəmir, hətta təxribatlara, diversiya əməllərinə əl ataraq xam xəyallarından belə əl çəkmir. Lakin qalib Azərbaycan əsgəri bu gün sərhəddə mübariz keşikdədir, öz səngərində ayıq-sayıqdır və bütün təxribatların, basqınların qarşısını mərdliklə alır, düşmənə layiq olduğundan da artıq zərbələr vuraraq onu qınına çəkilməyə vadar edir deyə Gündüz Hacıyev bildirmişdir.
Tədbirdə bu şəhərdən pərvazlanan dünyaşöhrətli elm, mədəniyyət xadimlərinin, görkəmli sərkərdələrin Vətənə həsr olunan mənalı ömür yollarından söhbət açılıb. Ulu öndər Heydər Əliyevin həmişə Şuşa və şuşalılara yüksək qiymət verdiyini xatırladıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın yeni tarixinə ən parlaq, ən şərəfli səhifəni yazdığını iftixar hissi ilə tədbir iştirakçılarının nəzərinə çatıdırıb.
Tədbirdə məktəblilərin və Şəhid övladlarının ifasında vətənpərvərlik mövzusunda şeirlər səslənib, aşıq musiqiləri ifa edilmişdir.
Tədbirdə Qarabağ Xalçaları adlı sərgi təşkilnolunmuşdur.
Sonda tədbirə dəvət edilən 1-ci Qarabağ Müharibəsi və Vətən Müharibəsinin Şəhid ailələrinə Qazilərinə Şəhidlərimizin şəkilləri əks olunmuş Şuşa Qalasının xatirə tabloları təqdim edilmişdir.
 
 Elçin Tağıyev;
Rayon Mədəniyyət Mərkəzinin əməkdaşı,
TV21.az


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ