SON DƏQİQƏ

Sumqayıt Dövlət Rəsm Qalereyasında şəhid Elnur Allahverdizadəyə həsr olunan “25” adlı fotosərgisi keçirilib- FOTO

Tarix:18-05-2022, 01:43

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Sumqayıt Dövlət Rəsm Qalereyasında Azərbaycan Fotoqraflar Birliyi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə “Biz sizə borcluyuq” kompaniyası çərçivəsində Vətən müharibəsi şəhidi Elnur Allahverdizadəyə həsr olunan “25” adlı fotosərgi keçirilib. Sərgidə şəhidin 25 yaşına həsr olunan 25 street janrında çəkdiyi rəsmlər nümayiş olunub.
XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, tədbirdə Azərbaycan Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sərgidə iştirak edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə,  Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu çıxış edərək, 44 günlük müharibədə qazanılan uğurlardan, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətindən, ordumuzun qüdrətindən, şəhidlik məqamının ucalığından danışıblar.
Tədbirdə Sumqayıt şəhər 9,12 və 41 nömrəli tam orta məktəblərinin direktorları, müəllim və şagird kollektivi, şəhidin yaxın ailə üzvləri və şəhər ictimaiyyəti iştirak ediblər. 
Sonda şəhidin anası Süsən xanım şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlığını bildirib, daha sonra tədbir iştirakçılarına təşəkkür edib.

Allah şəhidlərimizə rəhmət eləsin!

“XeberTıme.az” 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ