SON DƏQİQƏ

“Şuşa ili” çərçivəsində “Mədəniyyət paytaxtımız” adlı hesabat konserti keçirilib- FOTOLAR

Tarix:19-05-2022, 23:27

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan F.Əmirov adına 5 nömrəli uşaq musiqi məktəbi “28 May” Mədəniyyət evində “Şuşa ili” çərçivəsində “Mədəniyyət paytaxtımız” adlı hesabat konserti keçirib. 
XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, Konsertdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, rəis müavini İlham Əhmədov və Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan müəssisələrin rəhbərləri, müəllimlər və valideynlər iştirak ediblər. 
Konsertə vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükütla yad edərək başlanılıb. Qonaqları musiqi məktəbinin direktoru, Əməkdar Mədəniyyət işçisi Vaqif Süleymanov salamlayıb və “Şuşa ili” çərçivəsində keçirilən tədbirlər haqqında məlumat verib. Daha sonra şagirdlərin ifasında dahi Üzeyir Hacıbəyovun “Sənsiz”, Rauf Hacıyevin “Gənclik nəğməsi”, Cahangir Cahangirovun “Qəzəl”, Süleyman Ələsgərovun “Poema”, Arif Məlikovun “İki ürəyin dastanı” baletindən “Komdenin arzuları” və Ələkbər Tağıyevin “Azərbaycan” mahnısı səslənib.
Tədbirin sonunda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi çıxış edərək, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2022-ci ilin Şuşa ili elan edilməsini və bununla bağlı çoxsaylı tədbirlərin keçirildiyini vurğulayıb. Daha sonra mədəniyyət naziri cənab Anar Kərimovun müvafiq əmrinə əsasən tədbirlər planının təsdiqlənməsindən və əhəmiyyətindən bəhs edib.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ