SON DƏQİQƏ

Bülbül adına 2 nömrəli Uşaq Incəsənət Məktəbinin fortepiano şöbəsinin şagirdləri arasında müsabiqə keçirilib

Tarix:1-06-2022, 02:19

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Bülbül adına 2 nömrəli Uşaq Incəsənət Məktəbinin fortepiano şöbəsinin şagirdləri arasında müsabiqə keçirilib.                                             XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki,  müsabiqənin keçirilməsində məqsəd uşaq, yeniyetmə və gənclər arasında ifaçılıq sənətini sevdirməkdir.
Məktəbdaxili müsabiqədə şagirdlər azərbaycan, rus və xarici bəstəkarların əsərlərini ifa ediblər. Qaliblərə məktəbin direktoru Samir İsmayılov tərəfindən 1-ci, 2-ci və 3-cü dərəcəli diplomlar, digər iştirakçılara isə fəxri fərmanlar təqdim olunub.

“XeberTıme.az”  
                                                              

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ