SON DƏQİQƏ

"Uşaqları sevgimizlə qoruyaq!" adlı xeyriyyə sərgisi keçirilib - FOTO

Tarix:1-06-2022, 11:41

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqları sevgimizlə qoruyaq!” adlı xeyriyyə satış sərgisi keçirilib. 
XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, sərgidə Evdə Fərdi Təhsil Məktəbinin  rəsm bacarığı olan fiziki imkanları məhdud 15 şagirdin 70-dən çox  əl işi nümayiş olunub. Sərgidə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri xanım Qənirə Paşayeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt Şəhər  Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva, Qırmızı Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə ictimai birliyinin sədri Arzu Bağırova, Nəfəs ictimai birliyinin sədri Firəngiz Balakişiyeva, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və KİV nümayəndələri iştirak ediblər.
Qonaqlar sərgi ilə tanış olduqdan sonra tədbiri giriş sözü ilə açıq elan edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev sərginin əhəmiyyətindən söz açaraq, ümummili lider Heydər Əliyevin uşaqlara qayğı və diqqət istiqamətində formalaşdırdığı siyasəti və fiziki məhdudiyyətli uşaqların yanında olmaq ənənəsini xatırladaraq, hazırda bu ənənənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsini qeyd edib. O, həmçinin dövlətimizin hər il yeni sosialyönümlü layihələr həyata keçirməsindən, fiziki məhdudiyyətləri olan vətəndaşlarımızın dövlət himayəsi ilə əhatə olunmasından söz açıb. Sonra çıxış edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri xanım Qənirə Paşayeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə təbrik edərək qeyd edib ki, uşaqlara diqqət və qayğı hər zaman göstərilməli, onların problemlərinin həllinə daim nəzarət edilməlidir və biz bu yönümlü layihələrdə daim varıq. Millət vəkili qeyd edib ki, uşaqlarımız xoşbəxtdir ki, müstəqil Azərbaycanda yaşayır, eyni zamanda qalib Azərbaycanın vətəndaşlarıdır. Daha sonra o hər bir tədbir iştirakçısını gənc rəssamların əsərlərini almağa çağırış edib. 
Elgün Hümbətov, Pərvanə Hacıyeva, Mətanət Məhərrəmova, Arzu Bağırova, Firəngiz Balakişiyeva çıxış edərək, uşaqları təbrik edib, onlara uğurlar arzulayıb və hədiyyələr təqdim ediblər. 
Gənc rəssamların hər birinə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri xanım Qənirə Paşayeva və Qırmızı Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri xanım Mətanət Məhərrəmova tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Sərgidə Şəhər mədəniyyət evinin, Sumqayıt rəqs qrupu “Azərbaycan suitası” rəqs nömrəsi ilə çıxış edib.
Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova sərginin təşkilində göstərdiyi dəstəyə görə Milli Məclisin deputatı xanım Qənirə Paşayevaya, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev və iştirak edən qonaqlara öz təşəkkürünü bildirib.
Qeyd edirik ki, sərgidə nümayiş olunan bütün əsərlər iştirakçılar tərəfindən alınıb.
Sonda sərgidə iştirak edən uşaq və yeniyetmələrə, habelə rəqs kollektivinin üzvlərinə Fəxri fərmanlar təqdim edilib.

“XeberTıme.az”  

                                                             

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ