XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev gənc nəslin estetik tərbiyəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Anar Kərimov tərəfindən imzalanan Fəxri fərmanları Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət məktəbinin müəllim kollektivinə təqdim edib. İdarə rəisi müəllimləri təbrik edərək, onlara yeni-yeni nailiyyətlər və qarşıya qoyduqları məqsədlərə nail olmağı arzulayıb. Göstərilən diqqətə görə cənab Anar Kərimova təşəkkür edən müəllimlər bundan sonra da mədəniyyət sahəsinin inkişafına öz töhfələrini verəcəyini və bu istiqamətdə yeni uğurlara imza atacaqlarını bildiriblər.
“XeberTıme.az” 





