SON DƏQİQƏ

"Sülh göyərçinləri" adlı möhtəşəm bayram konserti KEÇİRİLDİ - FOTO

Tarix:4-06-2022, 20:36

1 İyun Uşaqların Beynəlq Müdafiəsi Günü ilə əlaqədar Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin tələbələrinin Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında "Sülh göyərçinləri" adlı möhtəşəm bayram konserti baş tutmuşdur.
Konserti giriş sözü ilə məktəbin direktoru, Xalq artisti Fidan Hacıyeva açaraq, gələn qonaqlara öz dərin minnətdarlığını bildirmiş, uşaqlara isə bu yolda uğurlar arzulamışdır.
Daha sonra isə tələbələrin bir-birindən gözəl rəngarəng çıxışları konserti daha da gözəlləşdirmişdir.
Bununla yanaşı konsertdə məktəbin rəssamlıq kursunda təhsil alan tələbələrin əl işlərindən ibarət sərgi də təşkil olunmuşdur.
 
Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay
Fotoqraflar: Ramin Aslanov və Vüsalə Yunusova



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ