SON DƏQİQƏ

Mədəniyyət Nazirliyi “Kommunikasiya meneceri” layihəsini təqdim edir.

Tarix:7-06-2022, 22:45

XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, layihə Mədəniyyət Nazirliyinin strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi, o cümlədən ictimaiyyətlə, media subyektləri və nümayəndələri ilə münasibətlərin möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi, sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədi daşıyır. 
İlkin olaraq nazirliyin regional mədəniyyət idarələrini əhatə edən layihə çərçivəsində  idarədə çalışan əməkdaşlardan hər bir idarə üzrə bir nəfər PR, media və kommunikasiya fəaliyyətinə məsul şəxs –  kommunikasiya meneceri kimi təyin olunub. Növbəti mərhələdə peşəkarlığın artırılması məqsədilə kommunikasiya menecerlərinin təlimlərə cəlb olunması planlaşdırılır. 
Təlimlərin müasir təhsil standartlarını əsas tutaraq qabaqcıl dünya təcrübəsini tətbiq edən, innovativ və qlobal dünyagörüşünə malik kadrlar hazırlayan, dövlət ali təhsil müəssisəsi olan ADA University tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
Proses tam yekunlaşdıqdan sonra hər bir regional idarə üzrə kommunikasiya meneceri barədə ictimaiyyətə məlumat veriləcək.
“XeberTıme.az”                                                               

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ