SON DƏQİQƏ

Şuşa rayon Malıbəyli kənd Uşaq Musiqi Məktəbində “Şuşa İnciləri” adlı tədbir keçirilib

Tarix:7-06-2022, 23:01

6 iyun 2022-ci il tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Şuşa rayon Malıbəyli kənd Uşaq Musiqi Məktəbində “Şuşa İli” çərçivəsində 2021-2022-ci ilin yekununa həsr olunmuş “Şuşa İnciləri” adlı tədbir keçirilib.
XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, Azərbaycan Respublikasının Dövlət Himni ilə açılış edilən tədbirdə, Xalq çalğı alətləri ansamblı, xor, qarmon və nağara ansambıllarının o cümlədən digər musiqi alətlərində yerli və xarici bəstəkarların əsərləri səsləndirilib.
Əsasən şagirdlərdən ibarət konsert olmasına baxmayaraq, sonuncu ifada məktəbin direktoru Gülşən Əzizova və Fortepiano şöbəsinin müəlliməsi Səburə Mirzəyevanın dueti izləyicilər tərəfindən bəyənilib.
Tədbirin sonunda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov və Şuşa rayon üzrə baş məsləhətçisi Bayram Cəfərli çıxış edərək, konsertin tədqirəlayiq olduğunu və belə konsertlərin yaxın zamanlarda işğaldan azad olunmuş torpaqlarda keçirilməsini arzu ediblər.

“XeberTıme.az”   

                                                            

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ