SON DƏQİQƏ

Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi daha bir nailiyyətini qazanıb

Tarix:10-06-2022, 10:11

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri Qazaxıstanda onlayn təşkil olunan “BOSPHORUS FESTIVAL” adlı Beynəlxalq çoxjanrlı müsabiqədə müxtəlif dərəcəli diplomlara layiq görülüblər. 
XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, məktəbin fortepiano şöbəsinin müəllimi Arzu Məmmədovanın 1-ci sinif şagirdi Ayan Ələsgər qızı Ələsgərova II dərəcəli, Kəmalə Hüseynovanın 1-ci sinif şagirdi Röya Fuad qızı İbrahimli I dərəcəli, 2ci sinif şagirdi Zəhra Elbəyi qızı Əhmədli II dərəcəli, 5-ci sinif şagirdi Rəna İlham qızı Teymurova III dərəcəli, Kəmalə Nəsirovanın 2-ci sinif şagirdi İnci Azər qızı Kərimli III dərəcəli, Fəridə Babayevanın 2-ci sinif şagirdi Nuranə İlham qızı Baxşıyeva isə II dərəcəli diplomlara layiq görülüblər.
Məktəbin xalq çalğı alətləri şöbəsinin kamança müəllimi Aytən Hüseynzadənin 4-cü sinif şagirdi Günel Elmar qızı Sultanova II dərəcəli diploma layiq görülüb. 
Müsabiqədə şagirdlərin uğurlu çıxışına görə müəllimləri təşəkkürnamə ilə təltif olunublar.

“XeberTıme.az” 



                                                              

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ