SON DƏQİQƏ

Mincivan qəsəbə Uşaq Musiqi Məktəbində “Zəfər tarixi” adlı tədbir keçirilib - FOTOLAR

Tarix:13-06-2022, 00:07

XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Zəngilan rayon Mincivan qəsəbə Uşaq Musiqi Məktəbində 15 İyun Milli Qurtuluş Gününə həsr olunan “Zəfər Tarixi” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının dövlət himni ilə başlanan tədbirdə Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov və Mincivan qəsəbə Uşaq Musiqi Məktəbinin direktoru Şakir Kərimov çıxış ediblər. Məktəbin müəllim və şagird kollektivinin ifasında “Cənnətim Qarabağ”, C.Cahangirov “İlk bahar”, E.Qrinko “Vals”, T.Bakıxanov “Xəzər balladası”, Yann Tiersen “Amelie”, Rolf Lovland “Passakalia”, Elçin Mirzəbəyli “Azadlıq Marşı” və başqa musiqilər səsləndirilib. Sonda məktəbin fərqlənən bəzi müəllim və şagirdləri Fəxri fərman və Tərifnamələrlə təltif olunublar.
“XeberTıme.az”


 

 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ