SON DƏQİQƏ

"Azərkitab" - Kitab Mərkəzində tanınmış rəssam Gülnarə Məmmədovanın ilk fərdi yaradıcılıq sərgisi keçirildi- FOTOLAR

Tarix:16-06-2022, 08:31

15 İyun - Qurtuluş Günündə  "Azərkitab" - Kitab Mərkəzinin yeni formatda, yeni ünvanda   açılışı mərasimi və tanınmış rəssam Gülnarə Məmmədovanın ilk fərdi yaradıcılıq sərgisi baş tutdu.                                                                                         

Sərgi layihə rəhbəri və təşkilatçı Elnurə və Aygün İsgəndərovalar tərəfindən təşkil olunmuşdur. Sərgidə rəssamın  Qarabağ zəfərindən ilhamlanıb yaratdığı 44 əsəri sərgilənirdi . Əsərlər yağlı boya və kətan üzərində işlənmişdi.  Sərgidə Gülnarə Məmmədova çəkdiyi Milli Qəhrəman general-mayor Polad Həşimovun, Milli Qəhrəman Mübariz İbrahimovun portretlərini ailələrinə hədiyyə etdi. Sərgidə media nümayəndələri və fəxri qonaqlar iştirak edirdilər. Sərgini giriş sözü ilə  layihə rəhbəri Elnurə İsgəndərova açdı. Öncə  şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Sonra qonaqları salamlayıb Qurtuluş günü münasibətilə təbrik etdi. Və sözü millət vəkili Vüqar İsgəndərova verdi.  Vüqar müəllim 15 iyun Qurtuluş gününün mahiyyətindən söz açdı və şəhidlərimizin portretlərinin çəkilib ailələrinə hədiyyə olunmasını rəssamlar tərəfindən gözəl təşəbbüs olduğunu bildirdi. Vətənpərvərliyi  tərənnüm edən əsərlər yaratdığı və ilk fərdi yaradıcılıq sərgisi  üçün Gülnarə xanımı təbrik edib uğurlar arzuladı. Sərgidə iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan çıxışında Qarabağ zəfərindən ilhamlanıb yaratdığı 44 rəsm əsərinin Gülnarə xanım tərəfindən gözəl təşəbbüs olduğunu bildirdi . Bir millət iki dövlət  olaraq birlikdə uğurlara imza atmağımızı arzuladı.  
Sərgidə iştirak edən Əməkdar jurnalist , Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri Nadir Azəri , Qalera Sənət Mərkəzinin direktoru Mənsur Əsgərli, El ART Studiyanın rəhbəri Elnara İsgəndərova,  rəssamlardan Fərəh Babayeva, Səadət Cəfərova, Pərviz Mahmudov, Elçin Nəsirov həmkarlarını təbrik edib uğurlar arzuladılar. 
Vətən Müharibəsi qazisi Çingiz Abdullayev Şuşa mövzusunda olan əsərlərin rəssamın gözəl təxəyyülünün nümunəsi olduğunu bildirdi . Sonda Gülnarə Məmmədova, atası Hümbət Məmmədov, anası Əntiqə Məmmədova sərgidə iştirak edən bütün qonaqlara və təşkilatçılara dərin təşəkkürlərini bildirdilər .
 
“XeberTıme.az”                                                                              
Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ