SON DƏQİQƏ

“Xalidə Nəsirovanın qurama dünyası” adlı sərgi açıldı - FOTO

Tarix:2-07-2022, 11:10

İyunun 28-də Azərbaycan Milli Xalça Muzeyində “Xalidə Nəsirovanın qurama dünyası” adlı sərginin açılış mərasimi keçirildi. Tədbirdə muzeyin direktoru Şirin Məlikova, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova, Xalidə Nəsirovanın tələbəsi Fəridə Mustafayeva çıxış edərək həyatının 30 ildən çoxunu qurama sənətinə həsr edən sənətkarın yaradıcılığı, qurama sənəti və müasir dövrdə onun inkişafı istiqamətində görülən işlərdən danışdılar. Xalidə xanımın fərdi retrospektiv sərgisində 40-a yaxın qurama nümunəsi təqdim olunur. Burada sənətkarın müəllifi olduğu əsərlərlə yanaşı, ona hədiyyə edilmiş XX əsrin əvvəllərinə aid quramalar da nümayiş etdirilir.
Bu bədii ənənəni müasir dövrdə yaşadan, ona özünəməxsus dəst-xətti ilə həyat verən azsaylı sənətkarlardan olan Xalidə xanımın quramalarının əksəriyyətini müxtəlif örtüklər, yastıq üzləri, dekorativ süfrələr, mozaik pannolar təşkil edir. O, həm də qurama araqçınlar, jiletlər və suvenir mütəkkələrin müəllifidir. İlk dövrlərdə yaratdığı quramalarında əsasən ipək parçalardan istifadə edən sənətkar sonralar müxtəlif növ parçalarla yaradıcılıq imkanlarını daha da genişləndirib. Əsasən mücərrəd üslubda işləyən Xalidə xanımın mürəkkəb və zəngin naxışlı kompozisiyalarının əsas mövzusu tarix, incəsənət, din və məhəbbətdir. Əsərlərini eskizsiz hazırlayan müəllifin yaradıcılığında buta və göz elementləri, kvadrat, üçbucaq formaları, kvadrat içərisində müxtəlif həndəsi naxışlar, memarlıq təsvirləri və digər ornament və təsvirlər üstünlük təşkil edir.
 “Avroviziya 2012”, 100-dən çox qalstukdan hazırlanmış “İçərişəhərin sirləri”, insanları qədim abidələri qorumağa səsləyən “İmdad” adlı işləri və digər çoxsaylı quramalarında müəllifin özünəməxsus bədii axtarışları əksini tapıb. İxtisasca kimyaçı olan Xalidə Nəsirovnın yaratdığı ilk qurama isə 20 Yanvar faciəsinə həsr edilib və onun “Mənim dostlarım” adlı bu əsərində 3330 ədəd parça hissəsindən istifadə olunub.
Sərgi çərçivəsində mühazirələr, qurama üzrə ustad dərsi, tematik ekskursiyalar keçiriləcək.
“Xalidə Nəsirovanın qurama dünyası” adlı sərgi 10 sentyabr 2022-ci il tarixinədək davam edəcək.



B Азербайджанском национальном музее ковра состоялась церемония открытия выставки «Мир лоскутного шитья Халиды Насировой»

28 июня в Азербайджанском национальном музее ковра состоялась церемония открытия выставки «Мир лоскутного шитья Халиды Насировой». На мероприятии выступили директор музея Ширин Меликова, директор музейного центра «Ичери Шехер» Амина Меликова, ученица Халиды Насирова Фарида Мустафаева, которые рассказали о творчестве художницы, посвятившей более 30 лет жизни искусству лоскутного шитья и работе, проделанной для его развития в современном мире.

На персональной ретроспективной выставке Халиды Насировой представлено около 40 работ. Наряду с ее авторскими работами, на выставке также представлены подаренные ей композиции начала ХХ века.

Х. Насирова – одна из немногих художниц, продолжающих эту художественную традицию в наше время. Большинство ее работ составляют различные покрывала, наволочки, декоративные скатерти и мозаичные панно.

Она также автор аракчинов (тюбетеек), жилетов и сувенирных мутак (маленьких подушек), выполненных в технике лоскутного шитья. В ранние годы творчества художница использовала в основном шелковые ткани. По мере развития мастерства работала с различными тканями, развивая свой творческий потенциал. Большинство работ созданы в абстрактном стиле, без использования эскизов. Основу тематики сложных композиций с множеством богатых узоров составляют история, искусство, религия и любовь. Для ее работ характерны такие элементы, как бута, глаз, квадрат, треугольник, различные геометрические узоры внутри квадрата, изображения элементов архитектуры и другие орнаменты.

Композиция «Евровидение 2012», выполненная из более чем 100 галстуков работа под названием «Тайны Ичери-шехер», композиция «Зов о помощи», призывающая людей беречь памятники старины, и множество других работ отражают присущие ей одной художественные изыскания. Химик по образованию, Халида Насирова посвятила свою первую работу «Мои друзья» трагедии 20 Января - эта композиция была создана из 3330 кусочков ткани. В рамках выставки будут организованы лекции, мастер-классы по лоскутному шитью и тематические экскурсии.

Выставка продлится до 10 сентября 2022 года.

Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay 





The Azerbaijan National Carpet Museum hosted the opening ceremony of the exhibition Patchwork World of Khalida Nasirova

On June 28, the Azerbaijan National Carpet Museum hosted the opening ceremony of the exhibition Patchwork World of Khalida Nasirova.
Dr Shirin Melikova, Director of the ANCM, Amina Melikova, Director of Icherisheher Museum Center, and Khalida Nasirova’s student Farida Mustafayeva spoke about the artist’s creativity engaged in this art for more than thirty years. 
The exhibition features about forty different samples of patchwork. These include her author works and the early 20th-century objects donated to the artist.
Khalida Nasirova is one of the few female artists, who continue this artistic tradition and bring it to life with her unique style. Most of the artist’s compositions decorate various covers, pillowcases, tablecloths, and mosaic panels. She is also the author of aragchins (traditional caps), vests, and souvenir bolsters. At first, the artist used mainly silk in her compositions. Later she expanded her creativity by selecting various types of fabrics. Her intricate and richly patterned compositions, mostly in an abstract style, created without a sketch, focus on history, art, religion, and love. Buta, eye images, squares, triangles, various geometric patterns, architectural drawings, and other ornaments and drawings dominate the artist’s works.

Eurovision 2012, Secrets of the Old City formed of more than a hundred ties, composition Help calling people to protect ancient monuments, and many other compositions reflect the artist’s unique pursuit. The transition of Khalida Nasirova, a chemist by profession, to the art of patchwork is symbolic. To express the emotions and feelings that arose in her heart during the days of the tragedy of January 20, 1990, she developed a composition My Friends designed of 3330 pieces.

The museum will organize master classes, lectures, and guided tours within the exhibition. 
Exhibition runs until September 10, 2022.



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ