SON DƏQİQƏ

"Diamonds Of Turkey 2021" - İlk dəfə Azərbaycanda keçiriləcək - VIDEO

Tarix:26-12-2020, 00:12

"Diamonds Of Turkey 2021"- İlk dəfə Azərbaycanda keçiriləcək. "Trend of the year", "Beauty Star Azerbaijan", "Caspian Awards" layihələrinin təşkilatçısı və "Avand Production" rəhbəri  Ayaz Məmmədov 2021- ci ilin ən retinqli və prestijli layihəsinin start götürdüyünü XeberTıme.az  açıqlayıb.  Dünyanı bürümüş koronavirus pandemiyasının ağır fəsadlarına baxmayaraq, "Diamonds Of Turkey 2021" fevral ayında Azərbaycanda ilk dəfə olaraq "Avand Production" və D'ES Yapım & Organizasyon (Türkiyə)  təşkilatçılığı ilə həyata keçiriləcək. 
 
2021-ci ildə baş tutan " Diamonds Of Turkey 2021 lahiyəsi Bakıda keçiriləcək və laureatlarının adları  fevral ayında  məlum olacaq.  "Diamonds Of Turkey 2021" mükafatı, təşkilatı komitənin il ərzində media və sosial şəbəkələrdə apardığı müşahidələrə əsasən, sayılıb seçilən incəsənət nümayəndələrinə, iş adamlarına, media, tibb, moda, idman, ictimai xadimlər, elm xadimləri,   müxtəlif sahələrdə uğur qazanmış şəxslərə və şirkətlərə təqdim olunacaq. Mükafatçılar sırasında digər ölkələrdən də məhşur simaların iştirak edəcəyi bildirilib. Layihəsinin aparıcı - Azər Axşam.
"Diamonds Of Turkey 2021"  mükafatlandırma mərasiminin keçirilməsində məqsəd müxtəlif sahədən olan insanları motivasiya etmək və bir araya toplayaraq geniş ictimaiyyətə təqdim etməkdir.
 
D'ES Yapım & Organizasyon şirkəti İstanbulda daha öncə - "Gold Faces of Turkey" "Türkiye Doğu Ödülleri",  "Diamonds Of Turkey", "Gold Faces Of Turkey", "Azerbaijan Gala Night", "Gold Faces Of Turkey III"  və "Life & Beauty Awards" layihələrini həyata keçirib . 
 
İnformasiya dəstəyi Trend.Az, Day.Az, Milli.Az. XeberTıme.az  



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ