SON DƏQİQƏ

Aynur Həsənxanova VIII “Muğam” Televiziya Müsabiqəsinin ikincisi olub

Tarix:9-08-2022, 00:07

Sumqayıtlı şagird muğam müsabiqəsində yüksək nəticə göstərib                                 XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki,  Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin məzunu, Sürəyya Mahmudovanın şagirdi Aynur Həsənxanova (xanəndə), Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə kecirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin Şuşada keçirilən yekun konsertində II yerə layiq görülüb. 
Xatırladaq ki, müsabiqə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.
Müəllifdən: Sumqayıt Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində Aynur Həsənxənovaya 5 il Solfecio və Musiqi ədəbiyyatı fənnindən dərs demişəm və ali məktəbə hazırlıq müəllimi olmuşam. Hələ təhsil illərində Aynur özünə qarşı çox tələbkar şagird idi. Fəxr edirəm ki, A.Həsənxanova Azərbaycanda keçirilən mötəbər yarışın qalibləri sırasındadır. Uğurların davamlı olsun!     
Əzizimiz Aynur Həsənxanova rəhbəri olduğum “XeberTıme.az” analitik informasiya portalının bütün əməkdaşları və Sumqayıt Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Samir İsmayılov başda olmaqla bütün pedoqoji kollektiv adından səni ürəkdən təbrik edir, gələcək karyeranda böyük uğurlar arzulayıram. 

Yeganə Telmanqızı               
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ