SON DƏQİQƏ

Əməkdar artist Almaz Mustafayeva dünyasını dəyişdi

Tarix:26-12-2020, 17:57

Əməkdar artist Almaz Mustafayeva dünyasını dəyişib.
XeberTıme.az xəbər verir ki, bu barədə Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti məlumat verib.

Aktrisa Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.

Qeyd edək ki, aktirisa “Sehirli xalat”, “Yeddi oğul istərəm”, “Aktirsanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” və başqa filmlərdə çəkilib.


Allah rəhmət eləsin! 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ